Tarix:26/09/12
Hökumət Ödəniş Portalının yaradılmasının əsas məqsədi respublika iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin “Elektron hökumət”in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır.
Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platformunun təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən “Elektron hökumət” konsepsiyası çərçivəsində yeni funksional imkanlarının yaradılması planlaşdırılır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, KÖMİS sistemi 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hal-hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir.
Mərkəzi Bankın klirinq sistemilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir. Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və “Azərpoçt” şöbələrində, həmçinin plastik bank kartları ilə bankomatlarda də qəbul olunur. Bundan əlavə, internetlə də, yəni “apus.az” saytı vasitəsilə də məsafədən ödəniş etmək imkanı mövcuddur.
Sistem həmçinin o baxımdan da rahatdır ki, burada ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etmək olar. Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur.
“apus.az” saytındakı məlumata əsasən, bu günə kimi KÖMİS sisteminə 58 qurum qoşulub ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır. Onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında sözügedən xidmətlər üzrə ödənişləri qəbul edir. Sistemə 4 milyondan çox abunəçi haqda məlumat yüklənmiş; qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 65 minə çatmışdır. Hər ay sistem vasitəsilə orta hesabla 42 milyon manat məbləğində 2 milyondan çox ödəniş həyata keçirilir. Statistikaya əsasən sistemin işə başladığı andan 53 milyondan çox ödəniş tranzaksiyası həyata keçirilib.
HƏQİQƏT
KÖMİS sisteminin “Elektron hökumət” konsepsiyası çərçivəsində yeni funksional imkanlarının yaradılması planlaşdırılır
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. “Hökumət Ödəniş Portalının Yaradılması” layihəsi Mərkəzi Bankın sifarişilə “CMA Small System” və “SİNAM” şirkətləri tərəfindən həyata keçirilir.Hökumət Ödəniş Portalının yaradılmasının əsas məqsədi respublika iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin “Elektron hökumət”in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır.
Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platformunun təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən “Elektron hökumət” konsepsiyası çərçivəsində yeni funksional imkanlarının yaradılması planlaşdırılır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, KÖMİS sistemi 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hal-hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir.
Mərkəzi Bankın klirinq sistemilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir. Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və “Azərpoçt” şöbələrində, həmçinin plastik bank kartları ilə bankomatlarda də qəbul olunur. Bundan əlavə, internetlə də, yəni “apus.az” saytı vasitəsilə də məsafədən ödəniş etmək imkanı mövcuddur.
Sistem həmçinin o baxımdan da rahatdır ki, burada ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etmək olar. Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur.
“apus.az” saytındakı məlumata əsasən, bu günə kimi KÖMİS sisteminə 58 qurum qoşulub ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır. Onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında sözügedən xidmətlər üzrə ödənişləri qəbul edir. Sistemə 4 milyondan çox abunəçi haqda məlumat yüklənmiş; qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 65 minə çatmışdır. Hər ay sistem vasitəsilə orta hesabla 42 milyon manat məbləğində 2 milyondan çox ödəniş həyata keçirilir. Statistikaya əsasən sistemin işə başladığı andan 53 milyondan çox ödəniş tranzaksiyası həyata keçirilib.
HƏQİQƏT
Baxış sayı: 3932
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib