Tarix:26/09/12
Onun sözlərinə görə, son aylarda yeni iş ortaqları ilə fərqli layihələrə imza atan qurum fəaliyyətində genişlənmə siyasətini davam etdirməkdədir. Bu baxımdan, texnoloji müəssisənin Azərbaycandakı iş ortağı “Kür”lə birgə həyata keçirdiyi layihələr “NComputing”-in Azərbaycanda mövqeyini gücləndirməyə kömək edir.
R.Osmanov bu texnologiyaların xüsusilə də təhsil müəssisələrində tətbiqinin diqqət çəkdiyini qeyd edib. Belə ki, sinif mühitində daha az yer tutması, texnoloji baxımdan böyük fərqlilik yaratması, eləcə də hər hansı təhsilə ehtiyac duyulmadan hər kəsin bu sistemi idarə edə bilməsi “NComputing” texnologiyasının əsas üstünlüklərindən sayılır. Qeyd edək ki, məhz bu texnologiya sayəsində artıq bir kompyuterin köməyi ilə 100-lərlə kompyuter yaratmaq mümkündür: “Bu imkanları istifadəçilərə “NComputing L300” kompyuter əvəzləyicisi verir.
Yeni modeli “L300” giriş cihazı da daxil olmaqla, L-ardıcıllığı ilə giriş cihazları kompyuterlərdən daha ucuzdur. Gətirdiyi qənaət üstünlükləri isə daha çoxdur. Hərəkətli parça və ya lokal yığma sahəsi olmadan baxım xərcləri azalır. “Ncomputing”in yeni modeli “L300” ilə DVD keyfiyyətində video izləmək, toxunulmaz monitor, “ağıllı” taxta və funksional USB dəstəyi imkanlarına malikdir.
Bütün ofis proqramları, qrafik tətbiqləri və e-mail, internet səhifələri və bir çox tətbiqin ayrı kompyuterdə də istifadəsini təmin edir”. Müəssisə rəhbəri bildirib ki, birdən çox kompyuterin istifadəsi şirkətlər, təhsil müəssisələri, xəstəxanalar, dövlət qurumları və ev şəraitində olan istifadəçilər üçün ideal həldir: ”Bununla yeniləmə xərcləri və rəhbərlik çətinlikləri aradan qalxır. Həm də cihaz digər kompyuter sistemlərinə görə 80 faiz daha ucuzdur.
Bundan başqa, bir kitabın yarısı qədər ölçüsündə kiçik L-ardıcıllığı giriş cihazları daha az güc istehlak edir, daha az istilik verir, daha az e-tullantıya səbəb olur və heç səs çıxarmır”. “L300” ardıcıllığının digər xüsusiyyətlərinə gəlincə, bir kompyuteri maksimum 100 istifadəçi ilə paylaşmaq mümkündür.
Virtuallaşdırma ilə bu ədədi 100 - 200 - 300 və daha çox istifadəçi sayına qədər artırmaq olar. Cihaz aşağı xərc üstünlüyü, qurulması və qulluğunun asanlığı və etibarlılığı ilə seçilir: “Ana kompyuterə “switch” üzərindən məsafə problemi olmadan bağlanır. “Windows” və “Linux” əməliyyat sistemlərini dəstəkləyir. Tam ekran multimedia dəstəyi var. “CPU”, “Memory” və ya “HDD” ehtiva etmədiyi üçün yeni investisiya xərci tələb etmir. Uzaq məsafədən ana kompyuterə giriş imkanını təmin edir. Kiçik və estetik dizayna malik olmaqla yanaşı, yüngül və səssizdir”.
HƏQİQƏT
“Kür” Elektron Avadanlıqları İstehsalı müəssisəsi “NComputing”-lə birgə layihəsini davam etdirir
“Kür” Elektron Avadanlıqları İstehsalı Müəssisəsi “NComputing”-lə birgə layihəsini davam etdirir. “NComputing” texnologiyalarının Azərbaycan üzrə rəsmi distribüteri olan “Kür” Elektron Avadanlıqları İstehsalı müəssisəsinin direktoru Rizvan Osmanov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, sözügedən qurumun rəhbərliyi ilə bu texnologiyalardan istifadə edilən müəssisələrlə tanış olub.Onun sözlərinə görə, son aylarda yeni iş ortaqları ilə fərqli layihələrə imza atan qurum fəaliyyətində genişlənmə siyasətini davam etdirməkdədir. Bu baxımdan, texnoloji müəssisənin Azərbaycandakı iş ortağı “Kür”lə birgə həyata keçirdiyi layihələr “NComputing”-in Azərbaycanda mövqeyini gücləndirməyə kömək edir.
R.Osmanov bu texnologiyaların xüsusilə də təhsil müəssisələrində tətbiqinin diqqət çəkdiyini qeyd edib. Belə ki, sinif mühitində daha az yer tutması, texnoloji baxımdan böyük fərqlilik yaratması, eləcə də hər hansı təhsilə ehtiyac duyulmadan hər kəsin bu sistemi idarə edə bilməsi “NComputing” texnologiyasının əsas üstünlüklərindən sayılır. Qeyd edək ki, məhz bu texnologiya sayəsində artıq bir kompyuterin köməyi ilə 100-lərlə kompyuter yaratmaq mümkündür: “Bu imkanları istifadəçilərə “NComputing L300” kompyuter əvəzləyicisi verir.
Yeni modeli “L300” giriş cihazı da daxil olmaqla, L-ardıcıllığı ilə giriş cihazları kompyuterlərdən daha ucuzdur. Gətirdiyi qənaət üstünlükləri isə daha çoxdur. Hərəkətli parça və ya lokal yığma sahəsi olmadan baxım xərcləri azalır. “Ncomputing”in yeni modeli “L300” ilə DVD keyfiyyətində video izləmək, toxunulmaz monitor, “ağıllı” taxta və funksional USB dəstəyi imkanlarına malikdir.
Bütün ofis proqramları, qrafik tətbiqləri və e-mail, internet səhifələri və bir çox tətbiqin ayrı kompyuterdə də istifadəsini təmin edir”. Müəssisə rəhbəri bildirib ki, birdən çox kompyuterin istifadəsi şirkətlər, təhsil müəssisələri, xəstəxanalar, dövlət qurumları və ev şəraitində olan istifadəçilər üçün ideal həldir: ”Bununla yeniləmə xərcləri və rəhbərlik çətinlikləri aradan qalxır. Həm də cihaz digər kompyuter sistemlərinə görə 80 faiz daha ucuzdur.
Bundan başqa, bir kitabın yarısı qədər ölçüsündə kiçik L-ardıcıllığı giriş cihazları daha az güc istehlak edir, daha az istilik verir, daha az e-tullantıya səbəb olur və heç səs çıxarmır”. “L300” ardıcıllığının digər xüsusiyyətlərinə gəlincə, bir kompyuteri maksimum 100 istifadəçi ilə paylaşmaq mümkündür.
Virtuallaşdırma ilə bu ədədi 100 - 200 - 300 və daha çox istifadəçi sayına qədər artırmaq olar. Cihaz aşağı xərc üstünlüyü, qurulması və qulluğunun asanlığı və etibarlılığı ilə seçilir: “Ana kompyuterə “switch” üzərindən məsafə problemi olmadan bağlanır. “Windows” və “Linux” əməliyyat sistemlərini dəstəkləyir. Tam ekran multimedia dəstəyi var. “CPU”, “Memory” və ya “HDD” ehtiva etmədiyi üçün yeni investisiya xərci tələb etmir. Uzaq məsafədən ana kompyuterə giriş imkanını təmin edir. Kiçik və estetik dizayna malik olmaqla yanaşı, yüngül və səssizdir”.
HƏQİQƏT
Baxış sayı: 1966
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır