Tarix:20/07/11
Komitə sədri bildirib ki, layihədə Azərbaycanda şəhər kadastrı nümunəsində torpaq kadastrı sisteminin təkmilləşdirilməsi məqsədilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində 1000,0 ha (10 kv. km) sahədə şəhər kadastrı layihəsinin həyata keçirilməsi üçün birgə pilot işləri aparılıb. Layihə Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən ayrılmış 1,5 mln. dollar məbləğində qrant hesabına 18 ay ərzində həyata keçirilib.
Q.Məmmədov bildirib ki, indi bu layihənin Xəzər rayonunun bütün ərazisində keçirilməsi nəzərdə tutulur - artıq bununla bağlı Koreya tərəfi ilə danışıqlar aparılıb və bu barədə ilkin razılıq əldə olunub.
DTXK-də Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılması ilə bağlı da işlər aparılır. CİS-dən istifadə etməklə ölkə ərazisində yerləşən şəhər, rayon mərkəzləri, iri yaşayış məntəqələrinin dəqiq topoqrafik xəritələrinin yaradılması və yenilənməsi mümkündür. Bu məqsədlə 2011-ci ilin sentyabr ayında Azərbaycanda Daimi Fəaliyyət Göstərən Peyk-Geodeziya Şəbəkəsi istismara veriləcək. Şəbəkənin mərkəzi idarəetmə stansiyası komitədə yerləşəcək. Q.Məmmədov bildirib ki, şəbəkə kosmik və aerofoto çəkilişi materialları əsasında müxtəlif məqsədlər üçün hazırlanan ortofoto xəritələr və planların, kadastr ölçmələrinin, müxtəlif məqsədli ölçmə işlərinin aparılmasında, geodeziya işlərini dəqiq koordinat sisteminə bağlamaq, naviqasiya sahəsində geniş imkanlara yol açacaq. Həmin şəbəkənin 37 stansiyasından 22-si artıq qurulub. Şəbəkələrin stansiyaları arasında məsafə 70 km olmaq şərti ilə yerləşdirilib. Şəbəkənin istismara verilməsindən sonra Azərbaycan Respublikasının ərazisində istənilən nöqtənin koordinatlarını 1-2 sm dəqiqliklə dərhal müəyyən etmək mümkün olacaq. Yeni şəbəkə ölkə ərazisinin istənilən nöqtəsini dəqiqliklə müəyyənləşdirəcək
Yeni şəbəkə ölkə ərazisinin istənilən nöqtəsini dəqiqliklə müəyyənləşdirəcək
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz Məsələləri üzrə Nazirliyi tərəfindən “Coğrafi informasiya məkanı” adlı seminar keçirilib. Tədbirdə çıxış edən komitə sədri Qərib Məmmədov Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə DTXK arasında həyata keçirilən “Azərbaycanda Torpaq kadastr sisteminin təkmilləşdirilməsi layihəsi” barədə məlumat verib.Komitə sədri bildirib ki, layihədə Azərbaycanda şəhər kadastrı nümunəsində torpaq kadastrı sisteminin təkmilləşdirilməsi məqsədilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində 1000,0 ha (10 kv. km) sahədə şəhər kadastrı layihəsinin həyata keçirilməsi üçün birgə pilot işləri aparılıb. Layihə Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən ayrılmış 1,5 mln. dollar məbləğində qrant hesabına 18 ay ərzində həyata keçirilib.
Q.Məmmədov bildirib ki, indi bu layihənin Xəzər rayonunun bütün ərazisində keçirilməsi nəzərdə tutulur - artıq bununla bağlı Koreya tərəfi ilə danışıqlar aparılıb və bu barədə ilkin razılıq əldə olunub.
DTXK-də Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılması ilə bağlı da işlər aparılır. CİS-dən istifadə etməklə ölkə ərazisində yerləşən şəhər, rayon mərkəzləri, iri yaşayış məntəqələrinin dəqiq topoqrafik xəritələrinin yaradılması və yenilənməsi mümkündür. Bu məqsədlə 2011-ci ilin sentyabr ayında Azərbaycanda Daimi Fəaliyyət Göstərən Peyk-Geodeziya Şəbəkəsi istismara veriləcək. Şəbəkənin mərkəzi idarəetmə stansiyası komitədə yerləşəcək. Q.Məmmədov bildirib ki, şəbəkə kosmik və aerofoto çəkilişi materialları əsasında müxtəlif məqsədlər üçün hazırlanan ortofoto xəritələr və planların, kadastr ölçmələrinin, müxtəlif məqsədli ölçmə işlərinin aparılmasında, geodeziya işlərini dəqiq koordinat sisteminə bağlamaq, naviqasiya sahəsində geniş imkanlara yol açacaq. Həmin şəbəkənin 37 stansiyasından 22-si artıq qurulub. Şəbəkələrin stansiyaları arasında məsafə 70 km olmaq şərti ilə yerləşdirilib. Şəbəkənin istismara verilməsindən sonra Azərbaycan Respublikasının ərazisində istənilən nöqtənin koordinatlarını 1-2 sm dəqiqliklə dərhal müəyyən etmək mümkün olacaq. Yeni şəbəkə ölkə ərazisinin istənilən nöqtəsini dəqiqliklə müəyyənləşdirəcək
Baxış sayı: 1009
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır