Tarix:28/09/12
Avropa İttifaqına (Aİ) daxil olan ölkələr arasında Belçikanın informasiya-kommunikasiya texnologiyaları, eləcə də poçt sahəsində böyük təcrübəyə malik olduğunu deyən səfir qeyd edib ki, bu baxımdan, artıq regionda İKT sahəsi üzrə aparıcı ölkəyə çevrilən Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
Sözügedən sahədə geniş spektrli işlərin aparılmasının əhəmiyyətli və zəruri olacağını da vurğulayan Fuad İsgəndərov bildirib ki, Aİ-nin mərkəzinin məhz Brüsseldə yerləşməsi nəzərə alınarsa, bu əməkdaşlıq Azərbaycanın bütün Aİ üzvü olan ölkələrlə münasibətlərinə siyasi cəhətdən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni mərhələ, canlanma gətirə bilər.
Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı əlavə edib ki, Aİ-nin Rəqəmli Gündəlik üzrə komissarı Neili Kröüs də BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunda iştirak edəcək. Bu səfər çərçivəsində Azərbaycan və Aİ-nin informasiya-kommunikasiya texnologiyaları sahəsində geniş spektrli əməkdaşlığına baxıla və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilə bilər.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qeyd edib ki, bu səfər hazırda Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi və TASİM-in əsas investorları qismində çıxış edən Qərbi Avropa ölkələri ilə münasibətlərinə də faydalı nəticələr verə bilər.
Avropa İttifaqının Rəqəmli Gündəlik üzrə komissarı Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunda iştirak edəcək
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərovla görüşüb. Görüşdə Belçika-Azərbaycan münasibətlərində İKT aspekti üzrə müzakirələr aparılıb.Avropa İttifaqına (Aİ) daxil olan ölkələr arasında Belçikanın informasiya-kommunikasiya texnologiyaları, eləcə də poçt sahəsində böyük təcrübəyə malik olduğunu deyən səfir qeyd edib ki, bu baxımdan, artıq regionda İKT sahəsi üzrə aparıcı ölkəyə çevrilən Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
Sözügedən sahədə geniş spektrli işlərin aparılmasının əhəmiyyətli və zəruri olacağını da vurğulayan Fuad İsgəndərov bildirib ki, Aİ-nin mərkəzinin məhz Brüsseldə yerləşməsi nəzərə alınarsa, bu əməkdaşlıq Azərbaycanın bütün Aİ üzvü olan ölkələrlə münasibətlərinə siyasi cəhətdən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni mərhələ, canlanma gətirə bilər.
Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı əlavə edib ki, Aİ-nin Rəqəmli Gündəlik üzrə komissarı Neili Kröüs də BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunda iştirak edəcək. Bu səfər çərçivəsində Azərbaycan və Aİ-nin informasiya-kommunikasiya texnologiyaları sahəsində geniş spektrli əməkdaşlığına baxıla və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilə bilər.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qeyd edib ki, bu səfər hazırda Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi və TASİM-in əsas investorları qismində çıxış edən Qərbi Avropa ölkələri ilə münasibətlərinə də faydalı nəticələr verə bilər.
Baxış sayı: 2714
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı