Tarix:28/09/12
İKT şöbəsi tərəfindən birlik daxilində ən çox istifadə olunan sənədlərin - Protokollar, Şifahi tapşırıqlar, Sxem11-lərin elektron dövriyyəsini təşkil etmək üçün müvafiq proqram təminatı yaradılaraq istifadəyə verilib.
Bu proqram təminatı vasitəsi ilə hal-hazırda bu sahədə bütün məlumatlar şöbə və strukturlar arasında tam elektron variantda ötürülür və tam kağızsız texnologiya tətbiq edilib. Proqram təminatı hazırlanarkən şöbə və strukturlar (Rayon TKQ-lər) arasında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülüb.
Proqram təminatından səmərəli və effektiv istifadə etmək üçün bir çox məqamlar nəzərə alınıb. Müxtəlif rənglərdən istifadə etməklə icra olunan və olunmayan bəndlər bir-birindən seçilir, məlumatların məxfiliyinin saxlanması üçün hər bir istifadəçinin səlahiyyətləri müəyyən edilir, görülmüş işlərə nəzarət etmək üçün müvafiq rəhbər işçilərə səlahiyyət və operativ müdaxilə üçün imkan yaradılıb.İcrası təmin olunan sənədlərin arxivləşdirilməsi həyata keçirilir.
Zəruri hallarda arxivləşdirilən sənədlərdən müxtəlif parametrlərə görə (Protokolun nömrəsinə, tarixinə, sədrlik edənlərə, bəndlərin mətni üzrə, bəndlərin icra vəziyyəti və s.) çeşidləyərək lazımi məlumatları əldə etmək imkanı verilir.
Şöbə və Telekommunikasiya qovşaqlarının bu sistemdən rahat istifadə etmələri üçün “istifadəçiyə aid bəndlər”in avtomatik çeşidlənməsi imkanı vardır ki, bu da böyük həcmdə sənəd və məlumatlar içindən istifadəçiyə lazım olanların seçilməsinə imkan verir.
RƏVAN
“Aztelekom” İB e-sənəd dövriyyəsini tətbiq edib
“E-hökumət”in formalaşdırılmasının təmin edilməsi üçün “Aztelekom” İB tərəfindən daha bir addım atılıb. Birliyin İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin rəisi Ədalət Abbasovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, bu ilin əvvəlində baş direktor M.Məmmədovun təşəbbüsü və rəhbərliyi ilə birlik daxilində elektron sənəd dövriyyəsinin təşkili, şöbə və strukturların funksional fəaliyyətlərinin avtomatlaşdırılması, göstəricilərin elektron variantda işlənməsi və s. sahələrdə ciddi işlər aparılaraq nəticədə elektron sənəd dövriyyəsinin tətbiqi reallaşıb.İKT şöbəsi tərəfindən birlik daxilində ən çox istifadə olunan sənədlərin - Protokollar, Şifahi tapşırıqlar, Sxem11-lərin elektron dövriyyəsini təşkil etmək üçün müvafiq proqram təminatı yaradılaraq istifadəyə verilib.
Bu proqram təminatı vasitəsi ilə hal-hazırda bu sahədə bütün məlumatlar şöbə və strukturlar arasında tam elektron variantda ötürülür və tam kağızsız texnologiya tətbiq edilib. Proqram təminatı hazırlanarkən şöbə və strukturlar (Rayon TKQ-lər) arasında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülüb.
Proqram təminatından səmərəli və effektiv istifadə etmək üçün bir çox məqamlar nəzərə alınıb. Müxtəlif rənglərdən istifadə etməklə icra olunan və olunmayan bəndlər bir-birindən seçilir, məlumatların məxfiliyinin saxlanması üçün hər bir istifadəçinin səlahiyyətləri müəyyən edilir, görülmüş işlərə nəzarət etmək üçün müvafiq rəhbər işçilərə səlahiyyət və operativ müdaxilə üçün imkan yaradılıb.İcrası təmin olunan sənədlərin arxivləşdirilməsi həyata keçirilir.
Zəruri hallarda arxivləşdirilən sənədlərdən müxtəlif parametrlərə görə (Protokolun nömrəsinə, tarixinə, sədrlik edənlərə, bəndlərin mətni üzrə, bəndlərin icra vəziyyəti və s.) çeşidləyərək lazımi məlumatları əldə etmək imkanı verilir.
Şöbə və Telekommunikasiya qovşaqlarının bu sistemdən rahat istifadə etmələri üçün “istifadəçiyə aid bəndlər”in avtomatik çeşidlənməsi imkanı vardır ki, bu da böyük həcmdə sənəd və məlumatlar içindən istifadəçiyə lazım olanların seçilməsinə imkan verir.
RƏVAN
Baxış sayı: 1659
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı