Tarix:28/09/12
Hazırda regionlarda mərkəzi poçt şöbələrində e-imzaların verilməsi davam edir. Bunun üçün lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri yüksək səviyyədə həyata keçirilib.
Poçt şöbələrində e-imza əldə etmək istəyən vətəndaş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, elektron imza sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim edir.
Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən diqqətlə yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır.
Ərizəyə daxil edilən şəxsi məlumatlar İAMAS (Daxili İşlər Nazirliyinin bazası) ilə yoxlandıqdan və Mərkəz səlahiyyətlisi tərəfindən təsdiq edildikdən sonra məhsulun emalı prosesinə başlanılır.
Tam məhsul paketləri (vətəndaşa aid olan smart kart, pin kod zərfi, kağız daşıyıcıda olan 2 nüsxə sertifikat, 2 nüsxə müqavilə) hazır olduqda dəstlənərək müvafiq Qeydiyyat mərkəzlərinə çatdırılır və vətəndaşlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edilir.
Bundan əlavə, Azərbaycan Respublikası vətəndaşlarının “e-imza”dan istifadəsini asanlaşdırmaq məqsədilə “http://www.e-imza.az/” saytı da istifadəçilərin istifadəsinə verilmişdir. Bu sayt istifadəçilərə:
İmza sahiblərinin fərdi məlumatları əsasında axtarış aparmağa, sertifikatlarının detallarına baxmağa; Sertifikatları yoxlamağa; Sertifikat hadisələrinin tarixçəsinə baxmağa; “e-imzalayıcı” proqramını yükləməyə və eyni zamanda e-imza ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı verir.
RƏVAN
“Aztelekom” İB e-imzadan istifadə üçün treninqlər keçirir
“Aztelekom” İB əməkdaşlarının e-imzadan istifadəsinin asanlaşdırılması məqsədilə treninqlərə başlayıb. “İCTnews”-a birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bu barədə məlumat verərək bildirdi ki, rayon telekommunikasiya qovşaqlarının mütəxəssisləri üçün treninqlər mərhələli şəkildə keçirilməklə əməkdaşların bu istiqamətdə maarifləndirilməsinə xidmət edir. Baş direktor müavini bildirdi ki, əməkdaşların qazandıqları təcrübədən elektron imza alan hüquqi və fiziki şəxslərin də bəhrələnməsinə şərait yaranacaq.Hazırda regionlarda mərkəzi poçt şöbələrində e-imzaların verilməsi davam edir. Bunun üçün lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri yüksək səviyyədə həyata keçirilib.
Poçt şöbələrində e-imza əldə etmək istəyən vətəndaş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, elektron imza sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim edir.
Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən diqqətlə yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır.
Ərizəyə daxil edilən şəxsi məlumatlar İAMAS (Daxili İşlər Nazirliyinin bazası) ilə yoxlandıqdan və Mərkəz səlahiyyətlisi tərəfindən təsdiq edildikdən sonra məhsulun emalı prosesinə başlanılır.
Tam məhsul paketləri (vətəndaşa aid olan smart kart, pin kod zərfi, kağız daşıyıcıda olan 2 nüsxə sertifikat, 2 nüsxə müqavilə) hazır olduqda dəstlənərək müvafiq Qeydiyyat mərkəzlərinə çatdırılır və vətəndaşlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edilir.
Bundan əlavə, Azərbaycan Respublikası vətəndaşlarının “e-imza”dan istifadəsini asanlaşdırmaq məqsədilə “http://www.e-imza.az/” saytı da istifadəçilərin istifadəsinə verilmişdir. Bu sayt istifadəçilərə:
İmza sahiblərinin fərdi məlumatları əsasında axtarış aparmağa, sertifikatlarının detallarına baxmağa; Sertifikatları yoxlamağa; Sertifikat hadisələrinin tarixçəsinə baxmağa; “e-imzalayıcı” proqramını yükləməyə və eyni zamanda e-imza ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı verir.
RƏVAN
Baxış sayı: 1535
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı