12px13px15px17px
Tarix:28/09/12

Azərbaycan yeni “Apple iPhone 5” smartfonunun rəsmi satışlarını başlayan ilk MDB ölkəsi oldu

Azərbaycan yeni Apple iPhone 5 smartfonunun rəsmi satışlarını başlayan MDB məkanında ilk ölkə oldu. İKT İnformasiya Mərkəzinin məlumatına görə, Azərbaycanda ilk rəsmi satışlar ümümdunya satışlarından cəmi iki gün sonra başladı. İlk 100 "Apple iPhone 5" smartfonu "Alma Store", "World Telecom", "İrshad Telecom", "DNS", "NLT", "Computex" və s. yüksək texnoloji avadanlıqlar üzrə ixtisaslaşan şəbəkələr tərəfindən rəsmi satışlar başlanandan cəmi 15 dəqiqə ərzində satıldı. 

"Apple iPhone 5" smartfonunun Azərbaycanda rəsmi distribüsiyası ilə məşğul olan "Caspian Mobile" şirkətinin nümayəndəsi İlyas Əhmədovun bildirdiyinə görə, yeni modelin yalnız nano sim-kartları ilə istismar olunduğunu nəzərə alaraq "Caspian Mobile" tərəfindən smartfonun satışları ilə məşğul olan ilk beş dilerə sim-kartı nano sim-karta çevirən qurğu hədiyyə olundu.

"Hazırda Azərbaycanda rəsmi satılmış bütün "Apple iPhone 5" smartfonları heç bir texniki problemlə üzləşmədən istismar olunur. Artıq Azərbaycana rəsmi satışlar üçün təqdim olunmuş smartfon partiyası  satılmışdır", - deyə şirkət nümayəndəsi bildirdi. 
 
HƏQİQƏT




Baxış sayı: 2114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024