12px13px15px17px
Tarix:29/09/12

Minskdə innovasiya texnologiyaları üzrə konfrans keçiriləcək

Oktyabrın 17-19-da Minsk şəhərində Belarus Milli Elmlər Akademiyası və Belarus Respublikası Elm və Texnologiyalar üzrə Dövlət Komitəsinin köməyi ilə “TRİİN-2012” III Beynəlxalq elmi-praktik konfransı keçiriləcək. “Elm və İnnovasiya” jurnalının da daxil olduğu və “İxtiralar. İnnovasiyalar.

İnvestisiyalar” mövzuları üzrə təşkil olunan konfransda innovasiya texnologiyalarının nümayiş etdirilməsi nəzərdə tutulur. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, “TRİİN-2012” yeni biliklərin generasiyası və onların idarə edilməsi sahəsində mütəxəssislərin qarşılıqlı münasibətini əks etdirən özünəməxsus platforma olacaq. Konfransın proqramında avadanlıq və texnologiyalar, layihənin idarə edilməsi, risklərin idarə edilməsi, elmi və texnoloji fəaliyyət, ictimai-özəl tərəfdaşlıq və investisiya strategiyaları və yeni sahibkarlar,  kommersiyalaşdırılma, inkişaf proqnozlaşdırılmasına diqqət ediləcək, bununla əlaqədar plenar iclaslar keçirilməsi planlaşdırılır.

Konfransa daxil olan digər tədbirlərə gəlincə, burada “Tibb sahəsində innovasiya texnologiyaları” mövzusu üzrə seminar-təqdimat, “Sənaye mülkiyyəti obyektləri ilə işləyən informasiya texnologiyalarının istifadəsi üzrə təcrübə”, “İnnovativ layihələrin marketinqi üzrə təlim”, “MDB-nin kommersiyalaşdırılması və texnoparkların təcrübəsində panel müzakirəsi.

Ən yaxşı təcrübələr”, “Uğur əldə olunması və innovasiya şirkətlərinin inkişafı tarixi: problemlər və həllər üzrə təcrübə” mövzusunda seminar, Rusiya, Belarus, Azərbaycan və Ukraynanın innovasiya üzrə jurnalının baş redaktorların iclası planlaşdırılır. Bundan başqa, konfrans çərçivəsində “Sərmayə təkliflərinin hazırlanması” üzrə treninq, eləcə də “Technosphere-2012” konfransında VI Respublika müsabiqəsinin yekun hesabatı aparılacaq.

Konfransda “Ən yaxşı innovasiya şirkəti”, “Ən yaxşı yenilik”, “Ən yaxşı ticarət markası” nominasiyaları üzrə seçim də nəzərdə tutulur. Mərkəzdən qeyd edilib ki, 2011-2012-ci illərin innovasiyalarını əks etdirən nümayiş və dequstasiya konfransın ənənəvi əsasını təşkil edir: “İlk dəfə konfrans çərçivəsində iqtisadi, sənaye və biznesin müxtəlif sektorlarında innovasiya texnologiyalarının təqdimatları olacaq.

Konfransın əsas məqsədi xarici və daxili elmtutumlu texnologiyaların, məhsul və avadanlıqların, eləcə də elmi-texniki marketinq və menecment keçirilməsi üzrə materialların daxili və xarici bazarda inkişafının təşviqi və nümayişindən ibarətdir. Bu tədbirdə iştirak etmək tədbir iştirakçılarına öz təkliflərini bilavasitə məqsədyönlü auditoriyaya və ona maksimum dərəcədə yaxın olan son istehlakçılara nümayiş etdirməyə imkan yaradacaq”.
 
 
HƏQİQƏT
 




Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024