12px13px15px17px
Tarix:01/10/12

“Apple iPad” veb-trafik bazarının 98 faizinə nəzarət edir

“Apple iPad” planşet kompüterlərinə aid mobil veb-trafik bazarında 98 faizlə liderlik edir. Bu barədə sensor qurğular üçün məzmunun optimallaşdırılması üçün həllin istehsalçısı “Onswipe” şirkətinin tədqiqatına əsasən,“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, digər istehsalçılar arasında “Samsung” şirkəti liderlik edir, onun “Galaxy Tab” planşetinin müxtəlif modellərinin payı 1,53 faizə bərabərdir. “Amazon Kindle Fire” planşetinin payı 0,11 faiz təşkil edir.

Məlumat üçün bildirək ki, “Kindle Fire” planşetindən istifadə edənlər “iPad” istifadəçiləri ilə müqayisədə veb-səhifələrdə 79 faiz daha çox vaxt keçirirlər.

“Apple” şirkəti birinci “iPad” planşet kompüterini 2010-cu ildə istehsal edib. Şirkət ümumilikdə 84 milyondan çox “iPad” planşet kompüteri satıb və planşet seqmentində liderliyini qoruyub  saxlayır.



EMİL



Baxış sayı: 1307

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024