12px13px15px17px
Tarix:01/10/12

Peyk vasitəsilə ekoloji qiymətləndirmələr aparan İtaliyanın “Greenline” şirkəti yerli sahibkarlara əməkdaşlıq təklif edir

Peyk vasitəsilə ekoloji qiymətləndirmələr aparan, elektromaqnit sahələrinin ölçülməsi və onun insana təsirini araşdıran İtaliyanın “Greenline” şirkəti azərbaycanlı sahibkarlara əməkdaşlıq təklif edir. Sözügedən şirkət, həmçinin hidravlika mühəndisliyi, tullantıların idarə edilməsi, çirklənmiş ərazilərin təmizlənməsi, alternativ enerji mənbələri, ətraf mühitə təsirin dəyərləndirilməsi sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdən biridir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, “Greenline” nümayəndələri şirkətin yaratdığı “Skylab” adlı laboratoriyanın xidmətlərini təklif edir. Sözügedən laboratoriya kimyəvi, ekoloji, kənd təsərrüfatı və sənaye analizlərinin aparılması üçün nəzərdə tutulub: “Şirkət Azərbaycanda yerli mühəndislik şirkətlərindən biri ilə tərəfdaşlıq əlaqələri quraraq birgə müəssisə yaratmaqda maraqlıdır. Şirkətlə əməkdaşlıq etməkdə maraqlı olan iş adamları tel:+39 0321 613030; fax: + 39 0321 36660; email: “greenline@greenline-service.com” və ya “website: greenline-service.com” əlaqə vasitələrindən istifadə edə bilərlər”.


HƏQİQƏT




Baxış sayı: 1231

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024