Tarix:01/10/12
Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İB-nin dəstəyi ilə rayonun işğaldan azad olan əraziləri də daxil olmaqla bütün kəndlərdə informasiya və kommunikasiya texnologiyalarına ən yüksək tələblər səviyyəsində çıxış yaradılır. Hazırda rayon mərkəzi sayılan Quzanlı qəsəbəsi daxil olmaqla düşmənlə üz-üzə qalan kəndlərdə bütün evlərin telefonlaşdırılması və müasir poçt xidmətlərindən bəhrələnməsi üçün şərait var.
Ağdam TKQ-nin rəisi Hümbət Mustafayev deyilən məsələlər haqqında ətraflı danışaraq bildirib ki, ağdamlı rabitəçilərin əhaliyə daha keyfiyyətli xidmət göstərməsi üçün yaxın günlərdə Quzanlıda yeni “Rabitə evi”nin tikintisi başa çatmaq üzrədir. Hümbət Mustafayev bildirib ki, “Aztelekom” İB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Bənövşələr kəndində 128, Çəmənli kəndində 160, Rzalı kəndində 128, Mahrızlı kəndində 208 , Yeni yaşayış qəsəbəsində 112, Üç oğlan kəndində 128 və Əfətli kəndində 208 nömrə tutumlu yeni elektron ATS-lər tikilib. Çəmənli kəndində 26 abunəçinin telefonu var.
Digər sakinlərə də telefon çəkilməsi üçün daxili xətt şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir. EATS kənd bələdiyyəsinin binasında yerləşir.
Kəndlərdə sakinlərin yüksək keyfiyyətli telefon rabitəsi ilə təmin olunması ilə yanaşı, onların internet və digər multimedia xidmətlərindən yetərincə istifadə etməsi üçün Qaradağlı-Rzalar-Mahrızlı-Çəmənli, Bənövşələr-Xındırıstan, Üç oğlan-Xındırıstan, Xındırıstan-Quzanlı istiqamətində optik kabel xətlərinin tikintisi başa çatdırılıb.
Həyata keçirilən layihə nəticəsində ötən ildən indiyə kimi 500 ailənin mənzili telefonlaşdırılıb. Ümumilikdə rayonda telefon abunəçilərinin sayı 2000 nəfərdən çoxdur. Əhali CDMA tipli simsiz rabitə xidmətindən də geniş istifadə edir. Bu sistem üzrə 170 abunəçi var. Bu abunəçilərin böyük əksəriyyəti simli telefonun çəkilməsi hələlik çətin olan cəbhəyanı kəndlərin payına düşür.
TKQ rəisi hazırda Əfətli kəndində mənzillərin telefonlaşdırılmasının ardınca kənddəki EATS-dən Hacı Turalı kəndinə də kabel xətti çəkilib ki, bununla da bu kəndin də telefonlaşdırılması işlərinə başlanılıb. Bunun ardınca da İsalar, Qəhrəmanbəyli, Hacıməmmədli kəndlərinə də telefon çəkiləcəyi nəzərdə tutulub. Bu məqsədlə xətt təsərrüfatının tikilib tam istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa Çəmənli kənd EATS-dən Sarıcalar və Şükürlü, Mahrızlı kənd EATS-dən Zəngişalı, Üç oğlan kənd EATS-dən Kiçikli, Alıbəyli və Səfərli kəndlərinin telefonlaşdırılması ilə əhalinin telefona olan tələbatı ödəniləcək. Layihənin davamı kimi Əhmədağalı, Baharlı 1, Qasımbəyli, Dördyol 2, Təzəkənd qəsəbələrinin hər birində müvafiq tutumda elektron ATS-lərin tikilməsi planlaşdırılır.
Rayon üzrə indiyədək rayonda Qaradağlı, Xındırıstan, Dördyol 1 kəndlərində və Quzanlı qəsəbəsində sakinlərin mənzillərində telefon rabitəsi olub.
Həyata keçirilən tədbirlər nəticəsində Qaradağlı kəndində olan 256 nömrə tutumlu EATS-in tutumu 304 nömrəyə çatdırılıb.
Sakinlərin telefon rabitəsi ilə internet və digər multimedia xidmətlərinə çıxışı diqqət mərkəzindədir. Quzanlı sakinlərinin genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-də ADSL portlarının sayı 16-dan 64-ə çatdırılıb. Bunula yanaşı, Qaradağlı, Yeni Qəsəbə, Dördyol qəsəbələrində də genişzolaqlı internet abunəçiləri var. Bənövşələr və Xındırıstan EATS-lərində daxili imkanlar hesabına hər birində 24 portluq ADSL avadanlıqları qurulub.
Ağdamda telefon rabitəsinin inkişaf etməsi kənd EATS-ləri ilə olan birləşdirici xətlərin optikləşdirilməsi poçt şöbələrində də yüksək keyfiyyətli bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradıb.
RƏVAN
Ağdamda yeni “Rabitə evi”nin tikintisi başa çatmaq üzrədir
Ağdamda informasiya texnologiyaları sahəsində aparılan inkişaf işğaldan azad olunan hər bir qarış torpağı əhatə edəcək. Bu barədə “Rabitə dünyası” qəzetinə açıqlamanı Ağdam Telekommunikasiya Qovşağının rəisi Hümbət Mustafayev məlumat verib.Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İB-nin dəstəyi ilə rayonun işğaldan azad olan əraziləri də daxil olmaqla bütün kəndlərdə informasiya və kommunikasiya texnologiyalarına ən yüksək tələblər səviyyəsində çıxış yaradılır. Hazırda rayon mərkəzi sayılan Quzanlı qəsəbəsi daxil olmaqla düşmənlə üz-üzə qalan kəndlərdə bütün evlərin telefonlaşdırılması və müasir poçt xidmətlərindən bəhrələnməsi üçün şərait var.
Ağdam TKQ-nin rəisi Hümbət Mustafayev deyilən məsələlər haqqında ətraflı danışaraq bildirib ki, ağdamlı rabitəçilərin əhaliyə daha keyfiyyətli xidmət göstərməsi üçün yaxın günlərdə Quzanlıda yeni “Rabitə evi”nin tikintisi başa çatmaq üzrədir. Hümbət Mustafayev bildirib ki, “Aztelekom” İB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Bənövşələr kəndində 128, Çəmənli kəndində 160, Rzalı kəndində 128, Mahrızlı kəndində 208 , Yeni yaşayış qəsəbəsində 112, Üç oğlan kəndində 128 və Əfətli kəndində 208 nömrə tutumlu yeni elektron ATS-lər tikilib. Çəmənli kəndində 26 abunəçinin telefonu var.
Digər sakinlərə də telefon çəkilməsi üçün daxili xətt şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir. EATS kənd bələdiyyəsinin binasında yerləşir.
Kəndlərdə sakinlərin yüksək keyfiyyətli telefon rabitəsi ilə təmin olunması ilə yanaşı, onların internet və digər multimedia xidmətlərindən yetərincə istifadə etməsi üçün Qaradağlı-Rzalar-Mahrızlı-Çəmənli, Bənövşələr-Xındırıstan, Üç oğlan-Xındırıstan, Xındırıstan-Quzanlı istiqamətində optik kabel xətlərinin tikintisi başa çatdırılıb.
Həyata keçirilən layihə nəticəsində ötən ildən indiyə kimi 500 ailənin mənzili telefonlaşdırılıb. Ümumilikdə rayonda telefon abunəçilərinin sayı 2000 nəfərdən çoxdur. Əhali CDMA tipli simsiz rabitə xidmətindən də geniş istifadə edir. Bu sistem üzrə 170 abunəçi var. Bu abunəçilərin böyük əksəriyyəti simli telefonun çəkilməsi hələlik çətin olan cəbhəyanı kəndlərin payına düşür.
TKQ rəisi hazırda Əfətli kəndində mənzillərin telefonlaşdırılmasının ardınca kənddəki EATS-dən Hacı Turalı kəndinə də kabel xətti çəkilib ki, bununla da bu kəndin də telefonlaşdırılması işlərinə başlanılıb. Bunun ardınca da İsalar, Qəhrəmanbəyli, Hacıməmmədli kəndlərinə də telefon çəkiləcəyi nəzərdə tutulub. Bu məqsədlə xətt təsərrüfatının tikilib tam istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa Çəmənli kənd EATS-dən Sarıcalar və Şükürlü, Mahrızlı kənd EATS-dən Zəngişalı, Üç oğlan kənd EATS-dən Kiçikli, Alıbəyli və Səfərli kəndlərinin telefonlaşdırılması ilə əhalinin telefona olan tələbatı ödəniləcək. Layihənin davamı kimi Əhmədağalı, Baharlı 1, Qasımbəyli, Dördyol 2, Təzəkənd qəsəbələrinin hər birində müvafiq tutumda elektron ATS-lərin tikilməsi planlaşdırılır.
Rayon üzrə indiyədək rayonda Qaradağlı, Xındırıstan, Dördyol 1 kəndlərində və Quzanlı qəsəbəsində sakinlərin mənzillərində telefon rabitəsi olub.
Həyata keçirilən tədbirlər nəticəsində Qaradağlı kəndində olan 256 nömrə tutumlu EATS-in tutumu 304 nömrəyə çatdırılıb.
Sakinlərin telefon rabitəsi ilə internet və digər multimedia xidmətlərinə çıxışı diqqət mərkəzindədir. Quzanlı sakinlərinin genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-də ADSL portlarının sayı 16-dan 64-ə çatdırılıb. Bunula yanaşı, Qaradağlı, Yeni Qəsəbə, Dördyol qəsəbələrində də genişzolaqlı internet abunəçiləri var. Bənövşələr və Xındırıstan EATS-lərində daxili imkanlar hesabına hər birində 24 portluq ADSL avadanlıqları qurulub.
Ağdamda telefon rabitəsinin inkişaf etməsi kənd EATS-ləri ilə olan birləşdirici xətlərin optikləşdirilməsi poçt şöbələrində də yüksək keyfiyyətli bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradıb.
RƏVAN
Baxış sayı: 2325
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı