12px13px15px17px
Tarix:01/10/12

Ağcabədidə daha bir EATS istifadəyə verilib

Ağcabədi rayonunda əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəlir.Bu barədə “ICTnews” elektron xəbər xidmətinə rayon  Telekommunikasiya Qovşağının rəisi Miriş Ağamirov məlumat verib. Onun sözlərinə görə, cari ildə 130 yeni telefon xətti çəkilməklə abunəçilərin sayı 12 min 500-ə çatıb.

Rayonun Ağabəyli kəndində yeni elektron avtomat telefon stansiyası tikilərək birləşdirici xətt çəkilib, Kürdlər-Minəxorlu və Kürdlər-Qiyamadınlı kəndləri arası 10 kilometr FO kabeli ilə birləşdirici xətt tikilib. Rayonun 11 kəndində yüksəksürətli internet avadanlığı ADSL  quraşdırılaraq sakinlərin istifadəsinə verilib.

 Onu da bildirək ki, hazırda rayonda yüksəksürətli internet kanallarının sayı 1800, internet istifadəçilərinin sayı 1365 nəfərdən çoxdur.






RƏVAN




Baxış sayı: 1287

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024