Tarix:20/07/11
Dünyanın digər ölkələrində vəziyyət o qədər ciddi olmayıb. Bununla belə, “Credit Suisse” bankının sorğu keçirdiyi hər yerdə yüklənmə göstəricisi 50%-i ötüb. Şimali Amerika istisna olmaqla, mobil şəbəkələrin orta hesabla ümumdünya yüklənməsi 65% təşkil edib. Bank tərəfindən dərc edilmiş məruzədə bildirilib ki, mobil şəbəkələrin belə yüklənmə səviyyəsi rabitə operatorlarına şəbəkə avadanlığının əlavə partiyasını almaq vaxtının çatdığına işarədir. Tədqiqatçılar proqnozlaşdırırlar ki, irəlidəki 12 ay ərzində mobil şəbəkələrə yüklənmə orta hesabla 70%-ə qədər artacaq. Bu, təbii ki, şəbəkə avadanlığı istehsalı ilə məşğul olan “Ericsson”, “Alcatel-Lucent”, “Nokia Siemens Networks”, “Huawei” və digər şirkətlərin satışlarına müsbət təsir edəcək.
İnvestisiya bankının tədqiqatında qeyd edilib ki, dünyada (23%) mövcud olan bütün baza stansiyalarının təxminən dörddə biri öz imkanlarının hüdudunda işləyirlər. Belə ki, onların yüklənmə əmsalı vaxtaşırı 80%-dən yuxarı olur. Qeyd dək ki, ABŞ-da bu göstərici 36% təşkil edir. Şimali Amerikanın mobil şəbəkələri xeyli vaxtdır ki, gərgin yüklənmə ilə işləyirlər. Məsələn, 2 il əvvəl bu parametr 72% təşkil edirdi.
infox.ru
Mobil şəbəkələrdə yüklənmə sürətlə artır
“Credit Suisse” investisiya bankı dünya mobil şəbəkələrinin tədqiqatını aparıb. Tədqiqat zamanı aydın olub ki, mobil şəbəkələr praktik olaraq öz imkanları hüdudunda işləyirlər. Belə ki, məsələn, Şimali Amerikada mobil şəbəkələrdə yüklənmə 80%-ə çatıb.Dünyanın digər ölkələrində vəziyyət o qədər ciddi olmayıb. Bununla belə, “Credit Suisse” bankının sorğu keçirdiyi hər yerdə yüklənmə göstəricisi 50%-i ötüb. Şimali Amerika istisna olmaqla, mobil şəbəkələrin orta hesabla ümumdünya yüklənməsi 65% təşkil edib. Bank tərəfindən dərc edilmiş məruzədə bildirilib ki, mobil şəbəkələrin belə yüklənmə səviyyəsi rabitə operatorlarına şəbəkə avadanlığının əlavə partiyasını almaq vaxtının çatdığına işarədir. Tədqiqatçılar proqnozlaşdırırlar ki, irəlidəki 12 ay ərzində mobil şəbəkələrə yüklənmə orta hesabla 70%-ə qədər artacaq. Bu, təbii ki, şəbəkə avadanlığı istehsalı ilə məşğul olan “Ericsson”, “Alcatel-Lucent”, “Nokia Siemens Networks”, “Huawei” və digər şirkətlərin satışlarına müsbət təsir edəcək.
İnvestisiya bankının tədqiqatında qeyd edilib ki, dünyada (23%) mövcud olan bütün baza stansiyalarının təxminən dörddə biri öz imkanlarının hüdudunda işləyirlər. Belə ki, onların yüklənmə əmsalı vaxtaşırı 80%-dən yuxarı olur. Qeyd dək ki, ABŞ-da bu göstərici 36% təşkil edir. Şimali Amerikanın mobil şəbəkələri xeyli vaxtdır ki, gərgin yüklənmə ilə işləyirlər. Məsələn, 2 il əvvəl bu parametr 72% təşkil edirdi.
infox.ru
Baxış sayı: 983
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır