Tarix:02/10/12
“ICTnews” elektron xəbər xidmətinin idarəyə istinadən verdiyi məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 922 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Onlardan 160 ədədi qeydiyyata salınıb, 388 ədədi möhürlənib, 33 ədədi dövriyyədən çıxarılıb, 341 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. O cümlədən, “Teleradio” İB-nin respublika üzrə bütün məntəqələrində RİTN-in tədbirlər planına uyğun olaraq quraşdırılmış radioelektron vasitələrə, həmçinin “Bakcell”, “Azerfon”, “Azercell Telekom” şirkətlərində, Azərbaycan Dəmir Yolları QSC və “Azərenerji” ASC-də istismar olunan REV-ə texniki baxış keçirilib.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 54 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
Azərbaycanda 922 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
Dövlət Radiotezliklər İdarəsinin İstismara nəzarət şöbəsi tərəfindən cari ilin 9 ayı ərzində iş planına və idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 520 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.“ICTnews” elektron xəbər xidmətinin idarəyə istinadən verdiyi məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 922 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Onlardan 160 ədədi qeydiyyata salınıb, 388 ədədi möhürlənib, 33 ədədi dövriyyədən çıxarılıb, 341 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. O cümlədən, “Teleradio” İB-nin respublika üzrə bütün məntəqələrində RİTN-in tədbirlər planına uyğun olaraq quraşdırılmış radioelektron vasitələrə, həmçinin “Bakcell”, “Azerfon”, “Azercell Telekom” şirkətlərində, Azərbaycan Dəmir Yolları QSC və “Azərenerji” ASC-də istismar olunan REV-ə texniki baxış keçirilib.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 54 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
Baxış sayı: 1391
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı