12px13px15px17px
Tarix:02/10/12

Xanlar Vəliyev: «Azərbaycan Prokurorluğunda mərkəzləşdirilmiş informasiya-kommunikasiya sistemi yaradılıb»

«Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malikdir». “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri "1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü" münasibəti ilə keçirilən tədbirdə hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev söyləyib.

O bildirib ki, Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı, əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib: «Dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük həcmli işlər görülməklə, bir neçə yeni inzibati binaların tikintisi və əsaslı təmirinin həyata keçirilməsi təmin olunub. Respublika Hərbi Prokurorluğunun yeni inzibati binasının tikintisi yekunlaşmaq üzrədir».

SEYMUR




Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024