Tarix:20/07/11
Görüşdə 3G xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə mobil operatorlara yeni lisenziyaların verilməsi, operatorlararası mövcud problemlərin qüvvədə olan qaydalara uyğun həlli, mobil rabitə xidmətləri bazarında sağlam rəqabətə təkan verəcək “Sellülar (mobil) nömrə daşınması qaydası”nın icrası ilə bağlı şəbəkələrində müvafiq hazırlıq işlərinin görülməsi, respublikanın telekommunikasiya şəbəkəsinin inkişafı və statistik təhlillərin aparılması məqsədilə məlumatların bu məqsədilə yaradılmış mərkəzi serverə ötürülməsi və qanunvericiliyə uyğun digər həlli vacib olan məsələlər müzakirə edilib. Müzakirələrin nəticəsi operatorların iştirakı ilə protokollaşdırılaraq onlara təqdim edilmiş və protokolda qeyd olunan problemlərin həlli nəticəsində respublikada 3G xidmətlərinin əhatə dairəsinin genişlənməsinə, yeni xidmətlərin fəaliyyətə başlamasına və bu xidmətlərə olan tələbatın ödənilməsinə şərait yaranacağı barədə qərar qəbul edilib.
Protokolda qeyd olunan bəzi məsələlərin həlli məqsədilə operatorlar tərəfindən qismən tədbirlər görülsə də, təəssüf ki, protokol qərarlarının tam icrası istiqamətində indiyədək mobil operatorlar tərəfindən RİTN-ə dolğun və konkret məlumat təqdim edilməyib.
Yuxarıda qeyd olunan texniki problemlərin operatorlar tərəfindən vaxtında icra edilməsi respublikada yeni nəsil texnologiyaların tətbiqini sürətləndirəcək və müasir xidmətlərin əhatə dairəsinin genişlənməsinə səbəb olacaqdır.
3G xidmətlərinin genişləndirilməsi üçün mobil operatorların nümayəndələri ilə görüş keçirilib
Azərbaycanda 3-cü nəsil (3G) xidmətlərinin genişləndirilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları (RİTN) tərəfindən tədbirlər davam etdirilir və bununla bağlı RİTN-də hər üç mobil operatorun nümayəndələrinin iştirakı ilə görüş keçirilib.Görüşdə 3G xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə mobil operatorlara yeni lisenziyaların verilməsi, operatorlararası mövcud problemlərin qüvvədə olan qaydalara uyğun həlli, mobil rabitə xidmətləri bazarında sağlam rəqabətə təkan verəcək “Sellülar (mobil) nömrə daşınması qaydası”nın icrası ilə bağlı şəbəkələrində müvafiq hazırlıq işlərinin görülməsi, respublikanın telekommunikasiya şəbəkəsinin inkişafı və statistik təhlillərin aparılması məqsədilə məlumatların bu məqsədilə yaradılmış mərkəzi serverə ötürülməsi və qanunvericiliyə uyğun digər həlli vacib olan məsələlər müzakirə edilib. Müzakirələrin nəticəsi operatorların iştirakı ilə protokollaşdırılaraq onlara təqdim edilmiş və protokolda qeyd olunan problemlərin həlli nəticəsində respublikada 3G xidmətlərinin əhatə dairəsinin genişlənməsinə, yeni xidmətlərin fəaliyyətə başlamasına və bu xidmətlərə olan tələbatın ödənilməsinə şərait yaranacağı barədə qərar qəbul edilib.
Protokolda qeyd olunan bəzi məsələlərin həlli məqsədilə operatorlar tərəfindən qismən tədbirlər görülsə də, təəssüf ki, protokol qərarlarının tam icrası istiqamətində indiyədək mobil operatorlar tərəfindən RİTN-ə dolğun və konkret məlumat təqdim edilməyib.
Yuxarıda qeyd olunan texniki problemlərin operatorlar tərəfindən vaxtında icra edilməsi respublikada yeni nəsil texnologiyaların tətbiqini sürətləndirəcək və müasir xidmətlərin əhatə dairəsinin genişlənməsinə səbəb olacaqdır.
Baxış sayı: 1215
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı