Tarix:02/10/12
Universitetdən bildirilib ki, qonaqlar sırasında Latviya Respublikasının VI prezidenti, BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının vitse-prezidenti Dr.Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının icraçı direktoru, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə səfiri, dr. İsmayıl Seragəldin, Qırğızıstan parlamentinin deputatı, sosial demokrat fraksiyasının və müvəqqəti hökumətin rəhbəri dr. Roza Otunbayeva da olub. Bundan başqa, tədbirdə İngiltərənin ilk və yeganə Kraliyyət İnstitutunun, Oksford Universiteti Linkoln Kollecinin rəhbəri, Heriot Vatt Edinburgh Universitetinin rektoru, İngiltərə Lordlar Palatasının üzvlərindən biri, BBC-nin elmi verilişləri proqramının mütəmadi aparıcısı Baronessa Susan Greenfield, İsveç Konfederasiya Prezidentinin müşaviri, Roma klubunun idarə heyətinin üzvü, St Galan ve Lugano universitetlərinin professoru Səfir Valter Füst, Madrid klubunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mrs. Agustine Briano da iştirak edib.
BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov Azərbaycan təhsilinin inkişafından, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyasının prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən bəhs edib.
Bu gün təhsilimizin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə irəlilədiyini vurğulayan rektor BDU-nun qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesində iştirakından, bu sahədə əldə edilən uğurlu nəticələrdən danışıb. Tədbirin bu yaxınlarda Bakıda keçiriləcək 2-ci Humanitar Forumu qabağı təşkil olunmasının əhəmiyyətindən danışan A.Məhərrəmov qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın bir zərurətə çevrildiyini qeyd edib: “Əminəm ki, dünya ictimaiyyətinin gələcək inkişafı qloballaşan dünyaya uyğun şəxsiyyətlərin formalaşması ilə bağlıdır. Bu halda, ən vacib missiya məhz elm və təhsilin üzərinə düşür”.
Daha sonra tədbirdə iştirak edən xarici qonaqlara söz verilib. Tədbirin sonunda ali qonaqlara BDU-nun fəxri qonağı adı verilib, eyni zamanda BDU ilə İsgəndəriyyə Kitabxanası arasında Anlaşma memorandumu imzalanıb.
HƏQİQƏT
BTİ-nin komissarı, BMT-nin Elektron Hökumət Komissiyasının sədri BDU-da olub
Bakı Dövlət Universitetində “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib. Tədbirdə UNESCO və Beynəlxalq Telekommunikasiya Birliyinin (BTİ) komissarı, BMT-nin Elektron Hökumət Komissiyasının sədri də iştirak edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən məlumat verilib.Universitetdən bildirilib ki, qonaqlar sırasında Latviya Respublikasının VI prezidenti, BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının vitse-prezidenti Dr.Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının icraçı direktoru, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə səfiri, dr. İsmayıl Seragəldin, Qırğızıstan parlamentinin deputatı, sosial demokrat fraksiyasının və müvəqqəti hökumətin rəhbəri dr. Roza Otunbayeva da olub. Bundan başqa, tədbirdə İngiltərənin ilk və yeganə Kraliyyət İnstitutunun, Oksford Universiteti Linkoln Kollecinin rəhbəri, Heriot Vatt Edinburgh Universitetinin rektoru, İngiltərə Lordlar Palatasının üzvlərindən biri, BBC-nin elmi verilişləri proqramının mütəmadi aparıcısı Baronessa Susan Greenfield, İsveç Konfederasiya Prezidentinin müşaviri, Roma klubunun idarə heyətinin üzvü, St Galan ve Lugano universitetlərinin professoru Səfir Valter Füst, Madrid klubunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mrs. Agustine Briano da iştirak edib.
BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov Azərbaycan təhsilinin inkişafından, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyasının prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən bəhs edib.
Bu gün təhsilimizin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə irəlilədiyini vurğulayan rektor BDU-nun qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesində iştirakından, bu sahədə əldə edilən uğurlu nəticələrdən danışıb. Tədbirin bu yaxınlarda Bakıda keçiriləcək 2-ci Humanitar Forumu qabağı təşkil olunmasının əhəmiyyətindən danışan A.Məhərrəmov qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın bir zərurətə çevrildiyini qeyd edib: “Əminəm ki, dünya ictimaiyyətinin gələcək inkişafı qloballaşan dünyaya uyğun şəxsiyyətlərin formalaşması ilə bağlıdır. Bu halda, ən vacib missiya məhz elm və təhsilin üzərinə düşür”.
Daha sonra tədbirdə iştirak edən xarici qonaqlara söz verilib. Tədbirin sonunda ali qonaqlara BDU-nun fəxri qonağı adı verilib, eyni zamanda BDU ilə İsgəndəriyyə Kitabxanası arasında Anlaşma memorandumu imzalanıb.
HƏQİQƏT
Baxış sayı: 1403
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır