12px13px15px17px
Tarix:03/10/12

ABŞ-da prezidentliyə namizədlər arasında debatlar “YouTube” saytı vasitəsilə birbaşa yayımlanacaq

Dünyanın ən böyük videopaylaşım saytı olan "YouTube" ilk dəfə olaraq bütün dünya izləyiciləri üçün Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezidentliyə və vitse-prezidentliyə namizədlər arasında debatların birbaşa internet-translyasiyasını həyata keçirəcək.

Debatları tam versiyada "YouTube Election Hub" kanalında və "ABC News" mediakompaniyasının "YouTube"-kanalında canlı izləmək mümkün olacaq.

Yayımlara təkcə kompüterdə deyil, eyni zamanda mobil qurğular vasitəsilə də baxmaq mümkün olacaqdır.
Debatların birbaşa yayımını izləyə bilməyən internet istifadəçiləri "youtube.com/politics" kanalında həmin videonun bütöv formasına, ya da ayrı-ayrı hissələrinə baxa biləcəklər.

ABŞ-da prezidentliyə namizədlər arasında debatlar oktyabr ayının 3, 16 və 22-də, vitse-prezident vəzifəsinə namizədlər arasında isə oktyabrın 11-də baş tutacaq.Birləşmiş Ştatlarda prezident seçkiləri noyabr ayının 6-da keçiriləcək.




Baxış sayı: 1376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024