12px13px15px17px
Tarix:04/10/12

Abel Məhərrəmov: «Azərbaycanlı alimlər ABŞ-dan olan həmkarlarının nanotexnologiya və innovasiyalar sahəsindəki təcrübələrindən yararlanırlar»

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, Nobel mükafatı laureatı Corc Fitzgerhald Smutu qəbul edib. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, görüşdə universitet haqqında məşhur alimə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb.

Bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Amerika universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətləri daha da genişləndirmək niyyətindədir.
Nanotexnologiya və innovasiyalardan danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb.

Daha sonra alim Fizika fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub və tələbələrin verdiyi suallara ətraflı cavab verib. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan qonaq, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət verib. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də verib.




Baxış sayı: 1407

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024