Tarix:04/10/12
Nazir müavini bildirib ki, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən genişzolaqlı internet xidmətlərinin hər bir kənddə təşviqi ilə bağlı layihə hazırlanır: "Layihənin məqsədi ölkəmizdə internetin inkişaf səviyyəsini daha da yüksəltməkdir. Bu gün respublikada kəndlərin 35 faizi artıq fiber-optik kabellərlə əhatə edilib. Qarşıya qoyulan məqsəd digər kəndlərə də bu xidmətlərin çatdırılmasıdır. Layihənin icrasına gələn ildən başlamağı planlaşdırırıq və qısa zamanda həllinə nail olunacaq".
E.Vəlizadənin sözlərinə görə, hazırda ölkə əhalisinin 65 faizi internet istifadəçisidir. Onların 30 faizi genişzolaqlı internetdən istifadə edənlərdir: "Genişzolaqlı internet istifadəçilərinin təxminən yarısı isə regionların payına düşür. Ümumiyyətlə, regionlarda genişzolaqlı internetin inkişafı üçün bütün şərait var. Bu gün regionlarda 10-dan artıq internet-provayder şirkəti fəaliyyət göstərir, eyni zamanda qiymət siyasəti də münasibdir. Belə ki, əgər bir neçə ölkədə paytaxtla regionlar arasında internet xidmətlərinin qiyməti fərqlənirsə, bizdə qiymət eynidir".
"Xalq kompüteri" layihəsinə də toxunan nazir müavini qeyd edib ki, layihə çərçivəsində 18 mindən artıq kompüter güzəştli şərtlərlə əhaliyə satılıb. Layihədən yararlanan alıcıların yarıdan çoxu isə ölkənin rayonlarının payına düşür
. E.Vəlizadə Azərbaycanın ilk peykinin buraxılması ilə bağlı sualı da cavablandırıb: "Azərbaycan hazırda "Azərspace-1" peykinin orbitə buraxılması üçün növbəsini gözləyir. Peykin buraxılmasından sonra Avropa, Asiya və Afrika ölkələri onun imkanlarından yararlana biləcək. Artıq bu ölkələr tərəfindən peykə böyük maraq göstərilir".
HƏQİQƏT
E.Vəlizadə: “RİTN tərəfindən genişzolaqlı internet xidmətlərinin hər bir kənddə təşviqi ilə bağlı layihə hazırlanır”
Ölkədə genişzolaqlı internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər davam etdirilir. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.Nazir müavini bildirib ki, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən genişzolaqlı internet xidmətlərinin hər bir kənddə təşviqi ilə bağlı layihə hazırlanır: "Layihənin məqsədi ölkəmizdə internetin inkişaf səviyyəsini daha da yüksəltməkdir. Bu gün respublikada kəndlərin 35 faizi artıq fiber-optik kabellərlə əhatə edilib. Qarşıya qoyulan məqsəd digər kəndlərə də bu xidmətlərin çatdırılmasıdır. Layihənin icrasına gələn ildən başlamağı planlaşdırırıq və qısa zamanda həllinə nail olunacaq".
E.Vəlizadənin sözlərinə görə, hazırda ölkə əhalisinin 65 faizi internet istifadəçisidir. Onların 30 faizi genişzolaqlı internetdən istifadə edənlərdir: "Genişzolaqlı internet istifadəçilərinin təxminən yarısı isə regionların payına düşür. Ümumiyyətlə, regionlarda genişzolaqlı internetin inkişafı üçün bütün şərait var. Bu gün regionlarda 10-dan artıq internet-provayder şirkəti fəaliyyət göstərir, eyni zamanda qiymət siyasəti də münasibdir. Belə ki, əgər bir neçə ölkədə paytaxtla regionlar arasında internet xidmətlərinin qiyməti fərqlənirsə, bizdə qiymət eynidir".
"Xalq kompüteri" layihəsinə də toxunan nazir müavini qeyd edib ki, layihə çərçivəsində 18 mindən artıq kompüter güzəştli şərtlərlə əhaliyə satılıb. Layihədən yararlanan alıcıların yarıdan çoxu isə ölkənin rayonlarının payına düşür
. E.Vəlizadə Azərbaycanın ilk peykinin buraxılması ilə bağlı sualı da cavablandırıb: "Azərbaycan hazırda "Azərspace-1" peykinin orbitə buraxılması üçün növbəsini gözləyir. Peykin buraxılmasından sonra Avropa, Asiya və Afrika ölkələri onun imkanlarından yararlana biləcək. Artıq bu ölkələr tərəfindən peykə böyük maraq göstərilir".
HƏQİQƏT
Baxış sayı: 1680
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı