Tarix:04/10/12
Qonaqları salamlayan nazir Əli Abbasov qeyd edib ki, 92 ölkədə 6500-dən çox elm ocağını birləşdirən "Thomson Reuters"in "Bilik Şəbəkəsi" dünya üzrə alimlərin, elmi jurnalların, patent və elmi kəşflərin, texnoloji və innovasiya informasiyalarının obyektiv reytinqini tətbiq etməkdə əvəzsiz rol oynayır.
Nazir Azərbaycanda dərc olunan "Applied and Computational Mathematics" jurnalının məlum şəbəkədə təmsil olunması və 10-a yaxın azərbaycanlı alimin elmi tədqiqatlarının həmin şəbəkədə yerləşdirilməsini yüksək qiymətləndirib və azərbaycanlı alimlərin "Bilik Şəbəkəsi"ndə təmsil olunması sayəsində ölkəmizin elmi nailiyyətləri, aparılan tədqiqatlar barədə "Thomson Reuters" kimi mötəbər şirkət vasitəsi ilə dünyaya çatdırılmasını vacib və mühüm hadisə kimi qiymətləndirib.
"Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar üzrə icraçı vitse-prezidenti Keyt Makqreqor Bakıda Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirliklərinin, Müəllif Hüquqları Agentliyi və Milli Elmlər Akademiyasının "Thomson Reuters" şirkəti ilə birgə elmi konfransın keçirilməsində göstərdiyi dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığını bildirərək qeyd edib ki, bu konfrans və görüşün keçirilməsi Azərbaycanda elmin inkişafına yeni bir təkan verəcək, "Thomson Reuters"in bazasına Azərbaycandan informasiya axınını təmin edəcək, elm və humanitar sahələrdə yeni istedadlı alimlərin aşkar olunması, onların dünya elm məkanına qoşulmasında müsbət rol oynayacaq.
Sonra "Thomson Reuters" "Bilik Şəbəkəsi" bazasına Azərbaycanın çıxışının təmin edilməsi üzrə müqavilənin şərtləri müzakirə olundu.
RİTN-də “Thomson Reuters” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində tanınmış "Thomson Reuters" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov tanınmış "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar üzrə icraçı vitse-prezidenti Keyt Makqreqorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Qonaqları salamlayan nazir Əli Abbasov qeyd edib ki, 92 ölkədə 6500-dən çox elm ocağını birləşdirən "Thomson Reuters"in "Bilik Şəbəkəsi" dünya üzrə alimlərin, elmi jurnalların, patent və elmi kəşflərin, texnoloji və innovasiya informasiyalarının obyektiv reytinqini tətbiq etməkdə əvəzsiz rol oynayır.
Nazir Azərbaycanda dərc olunan "Applied and Computational Mathematics" jurnalının məlum şəbəkədə təmsil olunması və 10-a yaxın azərbaycanlı alimin elmi tədqiqatlarının həmin şəbəkədə yerləşdirilməsini yüksək qiymətləndirib və azərbaycanlı alimlərin "Bilik Şəbəkəsi"ndə təmsil olunması sayəsində ölkəmizin elmi nailiyyətləri, aparılan tədqiqatlar barədə "Thomson Reuters" kimi mötəbər şirkət vasitəsi ilə dünyaya çatdırılmasını vacib və mühüm hadisə kimi qiymətləndirib.
"Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar üzrə icraçı vitse-prezidenti Keyt Makqreqor Bakıda Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirliklərinin, Müəllif Hüquqları Agentliyi və Milli Elmlər Akademiyasının "Thomson Reuters" şirkəti ilə birgə elmi konfransın keçirilməsində göstərdiyi dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığını bildirərək qeyd edib ki, bu konfrans və görüşün keçirilməsi Azərbaycanda elmin inkişafına yeni bir təkan verəcək, "Thomson Reuters"in bazasına Azərbaycandan informasiya axınını təmin edəcək, elm və humanitar sahələrdə yeni istedadlı alimlərin aşkar olunması, onların dünya elm məkanına qoşulmasında müsbət rol oynayacaq.
Sonra "Thomson Reuters" "Bilik Şəbəkəsi" bazasına Azərbaycanın çıxışının təmin edilməsi üzrə müqavilənin şərtləri müzakirə olundu.
Baxış sayı: 1493
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı