12px13px15px17px
Tarix:05/10/12

“Nokia” şirkəti “Lumia” smartfonları üçün qənaətcil brauzer istifadəyə verib

“Nokia” sirkəti “Lumia” seriyasının “Microsoft Windows Phone” əməliyyat sistemi ilə işləyən smartfonları üçün “Xpress” brauzerinin beta-versiyasını təqdim edib. Proqramda “Opera Mini” brauzerində olduğu kimi verilənlərin sıxılması funksiyası mövcuddur. Nəticədə yüklənən trafikin həcmini 85 faizədək azaltmaq mümkündür.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Xpress” istifadəçiləri "ağır" məzmunu (videoçarx, foto, musiqi və ya sənəd) “SkyDrive” “bulud” anbarında saxlamaqla trafikə daha çox qənaət edə bilərlər. Brauzer, həmçinin RSS ilə   işləyə və saytları "jurnal" stilində əks etdirə bilir.

İstifadəçilər səhifədə lazımi sözü seçməklə “Wikipedia”, ”Bing” və “YouTube” üzrə sürətli axtarış yerinə yetirə bilərlər. Bundan əlavə, “Xpress” brauzeri zərurət olduqda saytı 10 dilə avtomatik tərcümə edəcək.






EMİL




Baxış sayı: 1592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024