12px13px15px17px
Tarix:05/10/12

Azərbaycanda çəkilən serialı internetlə izləmək mümkün olacaq

Azərbaycanda yeni çəkilən «Məhkumlar» serialının və həmin filmin internet portalının təqdimatı keçirilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, “Qafqaz Point” otelində düzənlənən tədbirdə sözügedən filmin rejissoru və baş prodüseri Yaşar Əhməd bildirib ki, ATV telekanalı yeni mövsümə yeni ilklərlə başlayıb: «Bu ilklərə biz də öz əlavəmizi etmək istədik. Yeniliyimiz də «Məhkumlar» serialı ilə oldu. Ona görə yenilik deyirik ki, Azərbaycanda birinci dəfə olaraq çəkilən serialın saytı yaradıldı. İnsanlarımız həmin sayt vasitəsi ilə məlumatlar əldə edə biləcəklər».

Y.Əhməd deyib ki, «mahkumlar.az» saytı vasitəsi ilə cəmiyyətə filmin anonsları və tanıtımları təqdim ediləcək. Hazırda saytın fəaliyyət göstərdiyini və serialı cəmiyyətə tanıtmaq funksiyası daşıdığını önə çəkən Y.Əhmədin sözlərinə görə, serialın bölümləri televiziya vasitəsi ilə yayımlandıqdan bir neçə saat sonra artıq internet portalında yerləşdiriləcək: «Efir vaxtını qaçıran insanlar sayt vasitəsi ilə də filmi izləyə və öz kompüterlərinə yükləyə biləcəklər. Eyni zamanda saytda serialda çəkilən aktyorlar barəsində məlumatlar, yaradıcı heyətinin tərkibi, «Məhkumlar»la bağlı xəbərlər, çəkiliş meydanında baş verən hadisələr, bu zaman çəkilmiş rəsmlər də öz əksini tapacaq».

SEYMUR




Baxış sayı: 1293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024