12px13px15px17px
Tarix:05/10/12

DQMK 11 elektron imza alıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 11 elektron imza alınıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə komissiyanın informasiya texnologiyaları və proqram təminatı sektorunun müdiri Vüsal Həmidov məlumat verib. Onun sözlərinə görə, artıq komissiyanın sədri, struktur bölmə rəhbərləri və bir neçə əməkdaşı  e-imza ilə təmin olunub.

V.Həmidov həmçinin bildirib ki, yaxın zamanda komissiyanın təqdim etdiyi elektron xidmətlərin “e-Gov” Elektron Xidmətlər Portalına inteqrasiyası yekunlaşacaq. Bununla əlaqədar olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi  tərəfindən lazımi tədbirlər görülür. “Bununla yanaşı, komissiya cari ilin sonuna kimi elektron sənəd dövriyyəsinin tətbiqini həyata keçirməyi planlaşdırır. Artıq bu işlərin yerinə yetirilməsi ilə bağlı proqram təminatının satınalınması üzrə tenderin qalibi də müəyyən olunub”, - deyə sektor müdiri qeyd edib.





CAHANGİR




Baxış sayı: 943

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024