Tarix:05/10/12
Bu fürsəti vətəndaşların rahatlığı, portaldan daha səmərəli istifadəsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən həyata keçirilən növbəti yenilik qazandıracaq. Belə ki, Elektron Xidmətlər Portalına 3 yolla daxil olmaq mümkündür. RİTN tərəfindən verilən e-imza kartı ilə daxil olmaq üçün yalnız RİTN tərəfindən fiziki və ya hüquqi şəxs kimi e-imza kartı almış vətəndaş autentifikasiya olaraq bölməyə daxil ola bilər. Həmçinin hüquqi şəxslər RİTN tərəfindən verilmiş e-imza kartı ilə autentifikasiya olaraq bu bölmənin müxtəlif xidmətlərindən istifadə edə bilərlər.
"E-gov" portalında "Elektron Hökumət Sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq" bölməsində isə hüquqi və fiziki şəxslər, o cümlədən dövlət qulluqçuları verilmiş kod, parol ilə sistemə daxil olaraq müxtəlif xidmətlərdən istifadə edə bilərlər. "Fərdi sahibkarın (vergi ödəyicisinin) istifadəçi kodu ilə daxil olmaq" bölməsində isə vergi ödəyiciləri, sahibkar kimi vahid pəncərə sistemi ilə Vergilər Nazirliyində qeydiyyatdan keçdiyi zaman onlara verilən istifadəçi kodu və parolu vasitəsilə sistemə daxil olub müxtəlif xidmətlərdən istifadə edə bilərlər.
Vətəndaşlar tərəfindən Elektron Xidmətlər Portalına girişi sadələşdirmək və daha da asanlaşdırmaq üçün MHM tərəfindən yeni elektron xidmət hazırlanıb. Bu xidmət istifadəçi ilə bağlı məlumatların sistemdə tanınması-identifikasiya edilməsi üçün yeni üsulların tətbiqini nəzərdə tutur. Belə ki, portaldan istifadə etmək istəyən vətəndaş əvvəllər ona kod və parolun verilməsi üçün müvafiq qurumlara ərizə ilə müraciət etməli idi. Bu da növbələrə və vaxt itkisinə səbəb olurdu.
Bundan sonra isə elektron qaydada müraciətlə proses xeyli sadələşdiriləcək. Əvvəllər kod və parolun verilməsi üçün yalnız şəxsiyyət vəsiqəsində yer alan məlumatlar yetərli və əsas sayılırdısa, indi bu prosesdə vacib sənəd olan şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümumvətəndaşlıq pasportu (xarici pasport), sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin birinin olması da mütləqdir.
Bu sənədlər elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini yoxlamaq üçün dəqiqləşdirmə aparılmasına, bu məlumatların sistem tərəfindən yoxlanmasına - identifikasiya edilməsinə yaranan ehtiyacı aradan qaldıracaq. Bundan sonra identifikasiya vasitəsi olaraq, sadalanan sənədlərdən birinin məlumatları ilə şəxsiyyət vəsiqəsindəki məlumatların tutuşdurulması təmin ediləcək, eyniliyi yoxlanılacaq. Qeyd edək ki, yenilik "Elektron hökumət" portalı istifadəçilərinin əhatə dairəsini xeyli genişləndirəcək.
Elektron hökumət” portalına daxilolma çox sadədir
"Elektron hökumət" (e-gov) portalına daxilolma vasitələri maksimum sadələşdirilir. Artıq vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciəti vacib deyil. Hər bir vətəndaş internetin olduğu istənilən məkandan, o cümlədən də evdən "e-gov" portalına giriş imkanı verən prosedurları həyata keçirə biləcək.Bu fürsəti vətəndaşların rahatlığı, portaldan daha səmərəli istifadəsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən həyata keçirilən növbəti yenilik qazandıracaq. Belə ki, Elektron Xidmətlər Portalına 3 yolla daxil olmaq mümkündür. RİTN tərəfindən verilən e-imza kartı ilə daxil olmaq üçün yalnız RİTN tərəfindən fiziki və ya hüquqi şəxs kimi e-imza kartı almış vətəndaş autentifikasiya olaraq bölməyə daxil ola bilər. Həmçinin hüquqi şəxslər RİTN tərəfindən verilmiş e-imza kartı ilə autentifikasiya olaraq bu bölmənin müxtəlif xidmətlərindən istifadə edə bilərlər.
"E-gov" portalında "Elektron Hökumət Sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq" bölməsində isə hüquqi və fiziki şəxslər, o cümlədən dövlət qulluqçuları verilmiş kod, parol ilə sistemə daxil olaraq müxtəlif xidmətlərdən istifadə edə bilərlər. "Fərdi sahibkarın (vergi ödəyicisinin) istifadəçi kodu ilə daxil olmaq" bölməsində isə vergi ödəyiciləri, sahibkar kimi vahid pəncərə sistemi ilə Vergilər Nazirliyində qeydiyyatdan keçdiyi zaman onlara verilən istifadəçi kodu və parolu vasitəsilə sistemə daxil olub müxtəlif xidmətlərdən istifadə edə bilərlər.
Vətəndaşlar tərəfindən Elektron Xidmətlər Portalına girişi sadələşdirmək və daha da asanlaşdırmaq üçün MHM tərəfindən yeni elektron xidmət hazırlanıb. Bu xidmət istifadəçi ilə bağlı məlumatların sistemdə tanınması-identifikasiya edilməsi üçün yeni üsulların tətbiqini nəzərdə tutur. Belə ki, portaldan istifadə etmək istəyən vətəndaş əvvəllər ona kod və parolun verilməsi üçün müvafiq qurumlara ərizə ilə müraciət etməli idi. Bu da növbələrə və vaxt itkisinə səbəb olurdu.
Bundan sonra isə elektron qaydada müraciətlə proses xeyli sadələşdiriləcək. Əvvəllər kod və parolun verilməsi üçün yalnız şəxsiyyət vəsiqəsində yer alan məlumatlar yetərli və əsas sayılırdısa, indi bu prosesdə vacib sənəd olan şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümumvətəndaşlıq pasportu (xarici pasport), sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin birinin olması da mütləqdir.
Bu sənədlər elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini yoxlamaq üçün dəqiqləşdirmə aparılmasına, bu məlumatların sistem tərəfindən yoxlanmasına - identifikasiya edilməsinə yaranan ehtiyacı aradan qaldıracaq. Bundan sonra identifikasiya vasitəsi olaraq, sadalanan sənədlərdən birinin məlumatları ilə şəxsiyyət vəsiqəsindəki məlumatların tutuşdurulması təmin ediləcək, eyniliyi yoxlanılacaq. Qeyd edək ki, yenilik "Elektron hökumət" portalı istifadəçilərinin əhatə dairəsini xeyli genişləndirəcək.
Baxış sayı: 1360
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı