Tarix:21/07/11
Bir müddət əvvəl şirkətdən “Trend”ə deyildiyi kimi, “Catel” operatorunun “Fonex” mobil şəbəkəsinin nömrələri "040" zona kodu ilə başlayan abonentləri "Azərfon" MMC şəbəkəsinə keçirlər. "Azərfon" şəbəkəsinə miqrasiya edən abonent əvvəllər istifadə etdikləri nömrələrin ardıcıllığını saxlamaqla yalnız zona kodunu dəyişəcəklər. “Catel” şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin ("417", "418" və "415" indeksli telefon nömrələri, eləcə də "040" zona kodu ilə başlayan “Fonex” mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazlardakı nasazlıqlarla izah edib. Bu gün “Catel” operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.
"Azərfon" "Catel" abonentlərinin öz şəbəkəsinə keçməsi üçün bütün şəraiti yaradıb
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC "Catel" operatorunun şəbəkəsindən CDMA abonentlərinin miqrasiyası üçün bütün lazımi şəraiti yaradıb. Bu barədə "Azərfon" şirkətinin baş direktoru Yurqen Pits deyib. Pitsin sözlərinə görə, prosesin indi başlamasını nəzərə alaraq, "Catel" şəbəkəsindən “Azərfon” şəbəkəsinə keçənlərin sayı o qədər də çox deyil. "Catel" şəbəkəsi əvvəlki rejimdə işləməyə başlayan kimi, geriyə keçid məsələsi, "Azərfon" rəhbərinin sözlərinə görə, bilavasitə abonentin özündən asılı olacaq.Bir müddət əvvəl şirkətdən “Trend”ə deyildiyi kimi, “Catel” operatorunun “Fonex” mobil şəbəkəsinin nömrələri "040" zona kodu ilə başlayan abonentləri "Azərfon" MMC şəbəkəsinə keçirlər. "Azərfon" şəbəkəsinə miqrasiya edən abonent əvvəllər istifadə etdikləri nömrələrin ardıcıllığını saxlamaqla yalnız zona kodunu dəyişəcəklər. “Catel” şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin ("417", "418" və "415" indeksli telefon nömrələri, eləcə də "040" zona kodu ilə başlayan “Fonex” mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazlardakı nasazlıqlarla izah edib. Bu gün “Catel” operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.
Baxış sayı: 1427
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır