12px13px15px17px
Tarix:08/10/12

“HTC” şirkəti hesabat verib

“HTC” şirkəti cari maliyyə ilinin üçüncü rübü üzrə hesabat verib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, Tayvanın smartfon istehsalçısı üç ay ərzində təxminən 2,4 milyard gəlir qazanıb. Bu, ötən il qeydə alınmış göstəricidən 48 faiz azdır.

Xalis mənfəət 80 faiz azalaraq 133,2 milyon dollar təşkil edib. 1 il bundan əvvəl şirkət təxminən 635 milyon dollar dəyərində xalis mənfəət əldə etmişdi.

Maliyyə göstəricilərinin pisləşməsi smartfon bazarındakı sərt rəqabətlə izah olunur. “HTC” şirkəti aparıcı smartfon tədarükçüləri olan “Samsung” və “Apple” tərəfindən güclü təzyiqə məruz qalır.





EMİL




Baxış sayı: 1150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024