Tarix:09/10/12
Bu fikirləri “ICTnews” elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində Sənaye və Energetika Nazirliyinin Elektron idarəetmə şöbəsinin böyük məsləhətçisi Rüstəm Şəfaqətov söyləyib. Lakin R.Şəfaqətov əlavə edib ki, gələn rübün başlanğıcından nazirliyin rəhbər işçilərindən başlayaraq bütün əməkdaşların elektron imza ilə təmin edilməsini planlaşdırırlar: « Çünki qarşımıza məqsəd qoymuşuq ki, həmin dönəmdə də daxili elektron sənəd dövriyyəsinə keçək.
Bu o deməkdir ki, nazirlikdə hər kəs elektron imzadan istifadə etməli olacaq».
Təmsil etdiyi nazirliyin hazırda əhaliyə 6 elektron xidmət göstərdiyini vurğulayan R.Şəfaqətov bildirib ki, onların sayının 9-a çatdırılması istiqamətində işlər aparılır: «Nazirlər Kabinetinin təsdiqləmiş olduğu qərara əsasən, Sənaye və Energetika Nazirliyinin 6 elektron xidmət həyata keçirməsi nəzərdə tutulurdu. Hazırda bu xidmətlərdən 2-si tam şəkildə fiziki şəxslər üçün istifadəyə yararlı olaraq saytda yerləşdirilib. Onların “Elektron hökumət” portalında yerləşdirilməsi üçün işlər aparılır.
Digər 4 xidməti də həm fiziki, həm də hüquqi şəxslər üçün təşkil etmək üçün bir sıra addımlar atılır. Bundan əlavə, son vaxtlarda 3 əlavə elektron xidmətin göstərilməsi ilə bağlı təkliflər irəli sürmüşük. Bu təkliflər nəzərə alınaraq artıq müsbət rəy də bildirilib. Ümid edirik ki, bu yaxınlarda təkliflərimiz təsdiqlənəcək və beləliklə də bizim nazirlik əhaliyə 9 adda elektron xidmət təklif etmiş olacaq.
Bu üç xidmətə «Qaz sənaye qurğularının istismarına xüsusi razılığın verilməsi», nazirliyin tərkibində olan «Dövlət Qaz Nəzarəti İdarəsi üzrə cərimə ödənişlərinin elektron formada qəbulu» və «Dövlət Enerji Nəzarəti İdarəsi üzrə enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin elektron formada qəbulu» daxildir. Bizim üçün ən prioritet məsələ odur ki, Azərbaycan Respublikası Prezidentinin 429 saylı, 23 may 2011-ci il tarixli fərmanının 2.5 bəndi həyata keçirilsin.
Burada nəzərdə tutulur ki, həyata keçirilən xidmətlər üzrə olunan ödənişlər elektron formada aparılsın. Bunun üçün biz Mərkəzi Bankla danışıqlar aparmışıq və sistemə qoşulmaq üçün razılıq əldə olunub. Bütün sənədlər təqdim olunub və onlar tərəfindən texniki məsələlər həll olunduqdan sonra biz də öz tərəfimizdən öhdəmizə düşən addımları atacağıq».
SEYMUR
Sənaye və Energetika Nazirliyi əlavə olaraq daha 3 elektron xidmət göstərəcək
«Hazırda Sənaye və Energetika Nazirliyinin əməkdaşları tərəfindən alınan elektron imzalar yalnız fərdi xarakter daşıyır. Hələ ki, nazirliyin adı olaraq heç bir «e-imza» alınmayıb. Yalnız “Elektron hökumət” portalına qoşulmaq üçün nazirlik adına bir ədəd elektron imza pulsuz şəkildə təqdim olunub».Bu fikirləri “ICTnews” elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində Sənaye və Energetika Nazirliyinin Elektron idarəetmə şöbəsinin böyük məsləhətçisi Rüstəm Şəfaqətov söyləyib. Lakin R.Şəfaqətov əlavə edib ki, gələn rübün başlanğıcından nazirliyin rəhbər işçilərindən başlayaraq bütün əməkdaşların elektron imza ilə təmin edilməsini planlaşdırırlar: « Çünki qarşımıza məqsəd qoymuşuq ki, həmin dönəmdə də daxili elektron sənəd dövriyyəsinə keçək.
Bu o deməkdir ki, nazirlikdə hər kəs elektron imzadan istifadə etməli olacaq».
Təmsil etdiyi nazirliyin hazırda əhaliyə 6 elektron xidmət göstərdiyini vurğulayan R.Şəfaqətov bildirib ki, onların sayının 9-a çatdırılması istiqamətində işlər aparılır: «Nazirlər Kabinetinin təsdiqləmiş olduğu qərara əsasən, Sənaye və Energetika Nazirliyinin 6 elektron xidmət həyata keçirməsi nəzərdə tutulurdu. Hazırda bu xidmətlərdən 2-si tam şəkildə fiziki şəxslər üçün istifadəyə yararlı olaraq saytda yerləşdirilib. Onların “Elektron hökumət” portalında yerləşdirilməsi üçün işlər aparılır.
Digər 4 xidməti də həm fiziki, həm də hüquqi şəxslər üçün təşkil etmək üçün bir sıra addımlar atılır. Bundan əlavə, son vaxtlarda 3 əlavə elektron xidmətin göstərilməsi ilə bağlı təkliflər irəli sürmüşük. Bu təkliflər nəzərə alınaraq artıq müsbət rəy də bildirilib. Ümid edirik ki, bu yaxınlarda təkliflərimiz təsdiqlənəcək və beləliklə də bizim nazirlik əhaliyə 9 adda elektron xidmət təklif etmiş olacaq.
Bu üç xidmətə «Qaz sənaye qurğularının istismarına xüsusi razılığın verilməsi», nazirliyin tərkibində olan «Dövlət Qaz Nəzarəti İdarəsi üzrə cərimə ödənişlərinin elektron formada qəbulu» və «Dövlət Enerji Nəzarəti İdarəsi üzrə enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin elektron formada qəbulu» daxildir. Bizim üçün ən prioritet məsələ odur ki, Azərbaycan Respublikası Prezidentinin 429 saylı, 23 may 2011-ci il tarixli fərmanının 2.5 bəndi həyata keçirilsin.
Burada nəzərdə tutulur ki, həyata keçirilən xidmətlər üzrə olunan ödənişlər elektron formada aparılsın. Bunun üçün biz Mərkəzi Bankla danışıqlar aparmışıq və sistemə qoşulmaq üçün razılıq əldə olunub. Bütün sənədlər təqdim olunub və onlar tərəfindən texniki məsələlər həll olunduqdan sonra biz də öz tərəfimizdən öhdəmizə düşən addımları atacağıq».
SEYMUR
Baxış sayı: 764
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır