12px13px15px17px
Tarix:09/10/12

Sənaye və Energetika Nazirliyinin saytının wap versiyası hazırlanır

Sənaye və Energetika Nazirliyinin (SEN) rəsmi internet səhifəsinin (mie.gov.az) wap versiyası hazırlanır. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə SEN-in Elektron idarəetmə şöbəsinin böyük məsləhətçisi Rüstəm Şəfaqətov söyləyib.

O bildirib ki, saytın vap versiyası hazırlandıqdan sonra ona mobil telefonla da asan şəkildə daxil olmaq olacaq: «Saytımıza indi də telefonla daxil olmaq mümkündür. Lakin bu zaman insanlarımız daha çox vəsait xərcləməli olur.

Ona görə də istəyirik ki, əhali həm az xərclə, həm də daha asan formada mobil telefonlarla saytımıza daxil ola bilsin. Hazırda bu sistem yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet səhifəsində vardır.

Digər dövlət orqanlarının saytlarında isə yoxdur. Hesab edirəm ki, yaxın zamanlarda saytımızın wap versiyasını ölkə əhalisinin istifadəsinə təqdim edə biləcəyik. Saytın wap versiyasının yaradılması insanlara həm də vaxt itkisi ilə üzləşməsinin qarşısını alacaq. Çünki bilirik ki, hər bir insan öz üzərində noutbuk gəzdirə bilmir.

Ona görə də sayta daxil olmaq üçün ya internet-kluba gedilməlidir və ya evdə kompüter arxasında oturulmalıdır. Amma saytın wap versiyası hazırlandıqdan sonra hətta marşrut avtobusları ilə hərəkət edərkən də bizim rəsmi internet səhifəmizə daha asan şəkildə daxil olmaq mümkünləşəcək».

SEYMUR
 




Baxış sayı: 1321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024