12px13px15px17px
Tarix:09/10/12

Çinli 2 ay internet-kafedə yaşayıb

Artıq çinlilərin virtual oyuna olan maraqları heç kimdə təəccüb doğurmur. Bu ölkədə dəfələrlə belə maraqlı hadisələr baş verib. Növbəti belə hadisə Uçan vilayətində baş verib. Belə ki, Çin sakini Van iki ay internet-kafedə yaşayıb. Səbəb isə,  “World of Warcraft” onlayn oyununda virtual qızıl toplaması olub.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, 23 yaşlı gənc 8 həftə ərzində yerli internet-kafedə yaşayıb. Müəssisənin müdiriyyəti və müştərilər ona diqqət yetirdikdə və nə ilə məşğul olduğunu soruşduqda Van cavab verib ki, mən qızıl əldə edirəm. “Tencent” onlayn nəşrinin verdiyi məlumata əsasən, qeymer (Van) 76 nömrəli kompüterin arxasında otururmuş. O, həqiqətən internet-kafedə yatır, yeyir və yaşayırdı.

Bundan əlavə, şahidlər bildiriblər ki, iki ay ərzində Van yuyunmayıb və geyimini dəyişməyib. Şəxsi gigiyenaya məhəl qoymaması nəticəsində ondan gələn iy o qədər xoşagəlməz olub ki, digər müştərilər onun yaxınlığındakı kompüterdə oturmaqdan imtina ediblər. Digər müştərilər və müəssisənin əməkdaşları Vanı fasilə verməyə və istirahət etməyə inandırmağa çalışıblar, lakin o, qəti surətdə imtina edib.

İnternet-kafenin sahibi bildirib ki, oğlan kompüterin icarəsini ödədiyinə görə onun kafeni tərk etməsi üçün güc tətbiq etməyə heç bir əsas yoxdur. “Tencent” nəşri bildirib ki, Van “World of Warcraft” oyununda topladığı virtual qızılları sonra digər oyunçulara real pula satır.

EMİL




Baxış sayı: 1194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024