12px13px15px17px
Tarix:09/10/12

Səhiyyə Nazirliyi xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçilərinin sənədlərini internetlə qəbul edəcək

Azərbaycan Səhiyyə Nazirliyi xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinə müraciət edib.  “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin müvafiq komissiyasında sənədlərini təsdiq etməlidirlər.

Artıq müvafiq sənədlərin qəbulu internet vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı tibb işçiləri Azərbaycanda tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə (http://e-sehiyye.gov.az/xaricde_tehsil/) müraciət edə bilərlər.






 
HƏQİQƏT




Baxış sayı: 2408

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024