12px13px15px17px
Tarix:09/10/12

“Apple” və “Facebook” "web-standartlar ensiklopediyası" yaradıblar

"Ümumdünya Hörümçək Toru" konsorsiumu (W3C) "Web Platform" internet layihəsini təqdim edib. "Web Platform" web-standartların ensiklopediyası rolunda çıxış edəcək. Saytda "HTML5", "CSS" və digər texnologiyalar haqqında daim yenilənən informasiya yer alacaq.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, layihənin əsas auditoriyasını web-tərtibatçılar təşkil edəcək. Onlar "Web Platform"-a daxil olmaqla bu və ya digər texnologiya və onun imkanları haqqında öyrənə, onun istifadə nümunələrini nəzərdən keçirə, hansı brauzer və qurğuların onu dəstəkləyib-dəstəkləmədiyini müəyyən edə bilərlər. Bu, web-tərtibatçıları vacib məlumatların axtarışı üçün bir çox saytlara daxil olmaq zərurətindən azad edəcək.Bütün materiallar açıq girişdə yerləşdiriləcək.

"Konsorsium" "Web Platform" layihəsini bir sıra böyük İT şirkətlərlə ("Apple", "Adobe", "Facebook" sosial şəbəkəsi, "Google", "HP", "Microsoft", "Mozilla", "Nokia" və "Opera") tərəfdaşlıq çərçivəsində işə salıb. Şirkətlərin hər biri saytda yerləşdirilmiş materiallara öz əlavələrini edə bilərlər.
Qeyd edək ki, "Ümumdünya Hörümçək Toru" konsorsiumunun əsası Tim Berners-Li tərəfindən qoyulub.
 
EMİL




Baxış sayı: 1208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024