Tarix:10/10/12
Metropolitendən bildirilib ki, iclasda metropolitenlərin yeni texnika, texniki təchizat, yenidənqurma, modernləşdirmə üzrə 2011-2012-ci illər planının yerinə yetirilməsi müzakirə edilib: “Müşavirədə metropolitenlərin elmi-texniki tərəqqi sahəsində inkişafının əsas istiqamətləri müəyyənləşdiriləcək, texniki vasitələrin yeniləşdirilməsi və perspektiv inkişafı sahəsində tətbiqi məqbul sayılan elmi-tədqiqat işlərinin, yeni texniki vasitələrin siyahısı dəqiqləşdirilib, metropolitenlərin texniki vasitələrinin təmiri üzrə standartlara və texniki təmir qaydalarına baxılıb və bu sahədə yeni təkliflərin müzakirəsi keçirilib.
Metropolitenlərin baş mühəndisləri öz aralarında vahid informasiya şəbəkəsinin yaradılması, metropolitenlərdə sərnişinlərin nəqliyyat təhlükəsizliyi və mühafizəsi məsələlərinə də baxıblar”.
İclasda yerli mütəxəssislər Bakı Metropoliteninin 2020-ci ilə qədər konseptual inkişaf planı, metropolitenin bütün sahələrində tətbiq edilən videomüşahidə sistemi, 200 m və daha uzun ölçülü relslərin qaynaq edilməsi və daşınması üçün arabacıqların tərtibi, yol təsərrüfatının saxlanmasında qabaqcıl iş təcrübəsi barədə müşavirə iştirakçıları qarşısında çıxışlar edib, texniki prosesləri əks etdirən videomateriallar nümayiş etdiriblər.
Qeyd edək ki, MDB ölkələri metropolitenlərini birləşdirən “Metro” Beynəlxalq Assosiasiyası bu gün keçmiş SSRİ məkanında vahid prinsip üzrə tikilmiş metropolitenləri birləşdirən yeganə təşkilatdır. 1992-ci ildə, sovet sisteminin dağılmağa başladığı çətin bir dövrdə yaranan assosiasiya artıq 20 ildir ki, keçmiş iqtisadi əlaqələri qoruyub saxlamaqla postsovet metropolitenlər sisteminin müəssisələri arasında qarşılıqlı əməkdaşlığı təmin edir.
“Metro” Assosiasiyası metropolitenlərin fəaliyyətinin texniki-iqtisadi göstəricilərini, yeniliklərini ümumiləşdirir, qarşılıqlı təcrübə mübadiləsi, bir-birinin nailiyyətləri ilə tanış olmaq, problemlərin qarşılıqlı əməkdaşlıq nəticəsində həlli, hərəkətin təşkilində və təhlükəsizliyin təmin olunmasında, sərnişinlərə mədəni xidmət səviyyəsinin yüksəldilməsində əldə olunan yeni texnologiyalarla tanış olmaq məqsədilə hər il bir neçə tədbir keçirir. 2001-ci ildən başlayaraq assosiasiya Bakıda 4 belə tədbir keçirib.
HƏQİQƏT
Bakıda metropolitenlər arasında vahid informasiya şəbəkəsinin yaradılması müzakirə edilib
MDB ölkələri metropolitenlərini birləşdirən “Metro” Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Bakıda assosiasiyaya daxil olan metropolitenlərin baş mühəndislərinin texniki şurasının növbəti iclası keçirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən məlumat verilib.Metropolitendən bildirilib ki, iclasda metropolitenlərin yeni texnika, texniki təchizat, yenidənqurma, modernləşdirmə üzrə 2011-2012-ci illər planının yerinə yetirilməsi müzakirə edilib: “Müşavirədə metropolitenlərin elmi-texniki tərəqqi sahəsində inkişafının əsas istiqamətləri müəyyənləşdiriləcək, texniki vasitələrin yeniləşdirilməsi və perspektiv inkişafı sahəsində tətbiqi məqbul sayılan elmi-tədqiqat işlərinin, yeni texniki vasitələrin siyahısı dəqiqləşdirilib, metropolitenlərin texniki vasitələrinin təmiri üzrə standartlara və texniki təmir qaydalarına baxılıb və bu sahədə yeni təkliflərin müzakirəsi keçirilib.
Metropolitenlərin baş mühəndisləri öz aralarında vahid informasiya şəbəkəsinin yaradılması, metropolitenlərdə sərnişinlərin nəqliyyat təhlükəsizliyi və mühafizəsi məsələlərinə də baxıblar”.
İclasda yerli mütəxəssislər Bakı Metropoliteninin 2020-ci ilə qədər konseptual inkişaf planı, metropolitenin bütün sahələrində tətbiq edilən videomüşahidə sistemi, 200 m və daha uzun ölçülü relslərin qaynaq edilməsi və daşınması üçün arabacıqların tərtibi, yol təsərrüfatının saxlanmasında qabaqcıl iş təcrübəsi barədə müşavirə iştirakçıları qarşısında çıxışlar edib, texniki prosesləri əks etdirən videomateriallar nümayiş etdiriblər.
Qeyd edək ki, MDB ölkələri metropolitenlərini birləşdirən “Metro” Beynəlxalq Assosiasiyası bu gün keçmiş SSRİ məkanında vahid prinsip üzrə tikilmiş metropolitenləri birləşdirən yeganə təşkilatdır. 1992-ci ildə, sovet sisteminin dağılmağa başladığı çətin bir dövrdə yaranan assosiasiya artıq 20 ildir ki, keçmiş iqtisadi əlaqələri qoruyub saxlamaqla postsovet metropolitenlər sisteminin müəssisələri arasında qarşılıqlı əməkdaşlığı təmin edir.
“Metro” Assosiasiyası metropolitenlərin fəaliyyətinin texniki-iqtisadi göstəricilərini, yeniliklərini ümumiləşdirir, qarşılıqlı təcrübə mübadiləsi, bir-birinin nailiyyətləri ilə tanış olmaq, problemlərin qarşılıqlı əməkdaşlıq nəticəsində həlli, hərəkətin təşkilində və təhlükəsizliyin təmin olunmasında, sərnişinlərə mədəni xidmət səviyyəsinin yüksəldilməsində əldə olunan yeni texnologiyalarla tanış olmaq məqsədilə hər il bir neçə tədbir keçirir. 2001-ci ildən başlayaraq assosiasiya Bakıda 4 belə tədbir keçirib.
HƏQİQƏT
Baxış sayı: 1270
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır