12px13px15px17px
Tarix:11/10/12

“Firefox 16” brauzeri işıq üzü görüb

“Mozilla” “Firefox 16” brauzerini istifadəyə verib. Brauzerin yeni versiyasında “CSS3” (“Animations” xüsusiyyətləri, Transitions, Transforms, Image Values, IndexedDB və sairə) və “HTML5”, həmçinin mobil qurğular üçün bəzi proqramlaşdırma interfeyslərinin (API) dəstəklənməsi genişləndirilib. Məsələn, tərtibatçılar hazırda akkumulyatorun enerji yükünü öyrənə və ya smartfonda vibrasiyanı aktiv edə bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, həmçinin “Developer Command Line” yaradılıb. Tərtibatçılar və daha güclü istifadəçilər bu əmr sətrindən istifadə edərək brauzerin genişləndirilmiş sazlamalarına çıxış əldə edə bilərlər. “Mac OS X” üçün əlçatan olan “VoiceOver” funksiyası kursoru mətnə yaxınlaşdırdıqda onu səsləndirir.

“Firefox” brauzerinin yeni versiyasında daxili rider quraşdırılıb. Ondan istifadə üçün ünvan sətrindəki “Reader” nişanına sıxmaq lazımdır. Brauzerin mobil versiyasının istifadəçilərinə istinadları sosial şəbəkələrdə nəşr etmək üçün “Share” menyusu əlçatandır.


EMİL




Baxış sayı: 1331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024