12px13px15px17px
Tarix:11/10/12

“ITU Telecom World 2012” Dubayda keçiriləcək

Dünyada İKT üzrə ən nüfuzlu tədbir olan “ITU Telecom World 2012” – XXIV Ümumdünya İKT Forumu bu il Dubayda keçiriləcək. 14-18 oktyabr 2012-ci il tarixlərdə start götürəcək tədbir informasiya cəmiyyətinin qlobal problemlərinin, İKT-nin iqlim dəyişikliyi, ekologiya və s. təsiri və rolunun xüsusi qeyd olunduğu müxtəlif mövzuları əhatə edəcək.

“ITU Telecom World 2012”-də İKT sahəsinə aid milli nailiyyətlərin təqdim olunduğu və 230 kv.m sahəni əhatə edən pavilyon ilə çıxış edəcək Azərbaycandan 30-a yaxın şirkət iştirak edəcək. Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında keçirilən tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər müvafiq dövlət qurumlarının, aparıcı İT şirkətlərinin, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun İKT layihələri təqdim olunacaq. “ITU Telecom World 2012” bu il “Açıq şəbəkələr – birləşmiş ağıllar” devizi altında keçiriləcək.

“Açıq” və “birləşmiş” anlayışları innovasiyalar, problemlərin həlli, maraqlı tərəflərin əməkdaşlığı məsələlərində yanaşmaların müxtəlifliyindən xəbər verir. “www.expo-plus.ru” saytının məlumatına görə, “ITU Telecom World” konfrans, sərgi və forumunda dünyanın 40 ölkəsindən 700 nümayəndənin, 140 ölkədən 45 minədək peşəkarın, 150 ölkədən VİP-ziyarətçilərin (nazir və nazirlik nümayəndələri, səfirlər, baş direktorlar və s. daxil olmaqla), o cümlədən 50 ölkədən 1000 jurnalistin iştirak edəcəyi gözlənilir.




Baxış sayı: 1262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024