12px13px15px17px
Tarix:12/10/12

Azərbaycan nümayəndələri Moskvada yüksək texnologiyalar sferasında aparıcı şirkətlərlə görüşlər keçirəcək

Rusiya Əməkdaşlıq Agentliyinin təşkilatçılığı ilə Moskva şəhərində “Vahid iqtisadi məkan – Avrasiyaya inteqrasiyanın yolları” beynəlxalq iqtisadi forumu keçiriləcək. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) məlumat verilib.

Məlumatda vurğulanır ki, bu ilin 13-21 oktyabr tarixlərində düzənlənəcək forumda SAM-ın “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev iştirak edəcək. Mərkəzdən bildirilib ki, forum çərçivəsində federal hökumətin və Moskva şəhərinin hökumət nümayəndələri, həmçinin Moskvanın sənaye, nəqliyyat, energetika, bank, yüksək texnologiyalar sferasında aparıcı şirkətlərlə görüşlər nəzərdə tutulub.

Həmçinin, Rusiya Federasiyasının İqtisadi inkişaf naziri A.R.Belousov, Nəqliyyat naziri M.Y.Sokolov, Rusiya Əməkdaşlıq Agentliyinin rəhbəri K.İ.Kosaçov, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun rektoru A.V.Torkunovla da görüşlər planlaşdırılır.

SEYMUR




Baxış sayı: 1380

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024