12px13px15px17px
Tarix:15/10/12

Nazir müavini Doha şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının 25-ci Konqresində iştirak etmişdir

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun  başcılıq etdiyi nümayəndə heyəti  BMT-nin ixtisaslaşmış agentliyi olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qətərin Doha şəhərində keçirilən 25-ci Konqresində iştirak etmişdir. Nazir müavini səfər çərçivəsində ÜPİ-nin Baş katibi Eduard Dayan və Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının Baş katibi Hessa əl Cəbir  ilə görüşmüşdür.

 ÜPİ-nin Baş katibi ilə  görüş zamanı İ.Məmmədov Azərbaycan Poçt Administrasiyası ilə ÜPİ arasında ikitərəfli işgüzar əlaqələrin inkişafına verdiyi töhfələrə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Fəxri fərman”ını Eduard Dayana təqdim etmişdir. Öz növbəsində  Eduard Dayan göstərilən diqqətə görə minnətdarlıq edərək Azərbaycanda poçt sahəsinin inkişafı ilə əlaqədar həyata keçirilən layihələrə, o cümlədən poçt şəbəkəsində Dünya Bankının dəstəyi ilə tətbiqi uğurla başa çatmış “Poçt Maliyyə Xidmətlərinin inkişafı” layihəsinə görə ölkəmizin ÜPİ-yə üzv olan digər ölkələrə  nümunə olduğunu bildirmişdir.

Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının Baş katibi Hessa əl Cəbir  ilə keçirilən görüşdə isə, Azərbaycanla Qətər arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviq edilməsi üçün İKT sahəsində gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. 

İ.Məmmədov xanım Hessa əl Cəbir  və Eduard Dayanı cari ilin noyabr  ayında Bakıda keçiriləcək “İnternet İdarəçilik Forumu” və  “Bakutel-2012” sərgi-konfransına dəvət etmişdir.




Baxış sayı: 1452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024