12px13px15px17px
Tarix:16/10/12

“Microsoft” korporasiyası musiqi platformasını istifadəyə verib

“Microsoft” korporasiyası bu gün yeni “Xbox Music” xidmətini təqdim edib. Yeni xidmət “Apple iTunes” və “Amazon Cloud player” platformalarına rəqib olacaq. “Xbox Music” xidməti bu gündən etibarən “Xbox” oyun konsollarının sahiblərinə əlçatan olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni xidmət, “Windows 8” və “Windows RT” əsasında işləyən kompüter sahibləri, həmçinin “Surface” planşeti üçün əlçatan olacaq.
Korporasiyadan verilən məlumata görə, “Xbox” 2005-ci ildə istifadəyə verilib və o vaxtdan etibarən 67 milyon oyun konsolu satılıb.

“Xbox Music” platforması “Zune” ticarət markasını əvəz edəcək. Qeyd edək ki, “Zune” ticarət markası bundan əvvəl “iTunes” platforması ilə rəqabət apara bilmədi və “Microsoft” onun inkişafından imtina etdi. “Xbox Music” xidməti həm pulsuz (reklamla), həm də pullu variantda əlçatan olacaq. Pullu variantda reklam olmayacaq.

Musiqi xidməti ilk əvvəl 22 ölkədə əlçatan olacaq. “Microsoft” növbəti il “Xbox Music” xidmətinin “iOS” və “Android” üçün müştəri proqram təminatını istifadəyə vermək niyyətindədir.
 
EMİL




Baxış sayı: 1309

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024