12px13px15px17px
Tarix:16/10/12

“Elektron hökumət”ə (www.e-gov.az) daxilolma vasitələrinin sadələşdirilməsi istifadəçilərin portala marağını artırır

“Elektron hökumət”ə (http://www.e-gov.az/) daxilolma vasitələrinin sadələşdirilməsi istifadəçilərin portala marağını artırıb. Belə ki, cari ilin oktyabrın 8-dən oktyabrın 15-nə qədər olan müddətdə “http://www.e-gov.az/”  portalında 197 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin 119-u aktivasiya olunub. Həmin müddətdə qeydiyyatdan keçənlərin 78-i isə aktivasiya olunmayanların payına düşür.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan elektron xidmət sayəsində vətəndaşlar “Elektron hökumət” portalına daha rahat vasitələrlə daxil ola bilirlər.

Hazırda portaldan istifadə etmək istəyən vətəndaş ona kod və parolun verilməsi üçün elektron qaydada müraciət edir ki, bu prosesdə də şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümumvətəndaşlıq pasportu (xarici pasport), sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsi kimi müvafiq sənədlərin birindən istifadə olunur.

Sözügedən sənədlər elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini yoxlamaq üçün dəqiqləşdirmə aparılmasına, bu məlumatların sistem tərəfindən yoxlanmasına - identifikasiya edilməsinə yaranan ehtiyacın aradan qaldırılmasına xidmət edir və vətəndaşın fiziki identifikasiyasına ehtiyac qalmır. “Elektron hökumət” (www.e-gov.az) portalına daxilolma vasitələrinin sadələşdirilməsi vətəndaşın elektron xidmətlərdən istifadəsində rahatlığı təmin etmək, ona əlavə vaxt qazandırmaq məqsədi daşıyır.
 
 
HƏQİQƏT





Baxış sayı: 6643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024