12px13px15px17px
Tarix:17/10/12

“Microsoft” planşetinin qiyməti açıqlanıb

“Microsoft” şirkətinin rəsmi saytında “Surface” planşetlərinin qiyməti haqqında məlumat verilib. Planşetlər “Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “ARM” prosessoru ilə təchiz edilmiş və “Touch Cover” örtüyünə malik “Surface” planşetinin qiyməti daxili yaddaşın tutumundan (32 və ya 64 qiqabayt) asılı olaraq 599 və ya 699 ABŞ dolları təşkil edəcək.

Aparatın çəkisi 680 qramdır və ona əvvəlcədən “Office” paketi quraşdırılacaq. Planşet 2 qiqabayt əməli yaddaş ilə təchiz ediləcək, “Wi-Fi” və “Bluetooth” modullarını dəstəkləyəcək, lakin mobil modul mövcud olmayacaq.

Müxtəlif rəngli “Touch Cover” örtüyünü ayrıca satın almaq mümkündür. Onun qiyməti klaviaturadakı klavişlərin tipindən (sensor və ya aparat) asılı olaraq 120 və ya 130 dollar təşkil edəcək.

Qeyd edək ki, “Microsoft” şirkəti “Surface” planşetini 2012-ci ilin iyununda elan edib. Planşet 2012-ci il oktyabrın 26-da satışa çıxarılacaq.

EMİL



Baxış sayı: 1291

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024