Tarix:18/10/12
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, FK tədarüklərinin azalmasına səbəb planşet seqmentinin sürətlə artmasıdır. “MIC”-in proqnozuna görə, cari ildə 123 milyon planşet tədarük ediləcək. Bu göstərici 2011-ci illə müqayisədə 67,1 faiz çoxdur. Gələn il planşet tədarüklərinin həcmi daha 39,3 artaraq 170 milyon təşkil etməlidir.
Ekspertlər bildiriblər ki, 2013-cü ildə FK bazarında artım qeydə alınacaq. “Windows 8” əməliyyat sistemi ilə işləyəcək yeni modellərin çıxarılması və ultrabukların qiymətlərinin azalması nəticəsində FK-nin tədarük həcmi 332 milyon qurğuya (127 milyon stolüstü və 205 milyon noutbuk) bərabər olacaq və 2012-ci illə müqayisədə 3,2 faiz artacaq.
Bundan başqa, “MIC” mütəxəssisləri smartfon bazarı barəsində də öz fikirlərini bölüşüblər. 2012-ci ildə smartfon tədarükləri təxminən 50 faiz artaraq 682 milyon, 2013-cü ildə isə 867 milyon təşkil edəcək.
EMİL
2013-cü ildə fərdi kompüter bazarında artım qeydə alınacaq
“Market Intelligence and Consulting Institute” (MIC) analitik təşkilatında çalışan tayvanlı ekspertlərin proqnozuna əsasən, 2012-ci ildə ümumilikdə 322 milyon fərdi kompüter (FK) tədarük ediləcək. Onların 128 milyonu stolüstü FK və 194 milyonu noutbukdur. 2011-ci illə müqayisədə FK tədarüklərinin ümumi göstəricisi 1.1 faiz azalacaq. Noutbuk və stolüstü kompüterlərin tədarük həcmi isə öz növbəsində müvafiq olaraq 0,8 və 1,4 faiz azalacaq.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, FK tədarüklərinin azalmasına səbəb planşet seqmentinin sürətlə artmasıdır. “MIC”-in proqnozuna görə, cari ildə 123 milyon planşet tədarük ediləcək. Bu göstərici 2011-ci illə müqayisədə 67,1 faiz çoxdur. Gələn il planşet tədarüklərinin həcmi daha 39,3 artaraq 170 milyon təşkil etməlidir.
Ekspertlər bildiriblər ki, 2013-cü ildə FK bazarında artım qeydə alınacaq. “Windows 8” əməliyyat sistemi ilə işləyəcək yeni modellərin çıxarılması və ultrabukların qiymətlərinin azalması nəticəsində FK-nin tədarük həcmi 332 milyon qurğuya (127 milyon stolüstü və 205 milyon noutbuk) bərabər olacaq və 2012-ci illə müqayisədə 3,2 faiz artacaq.
Bundan başqa, “MIC” mütəxəssisləri smartfon bazarı barəsində də öz fikirlərini bölüşüblər. 2012-ci ildə smartfon tədarükləri təxminən 50 faiz artaraq 682 milyon, 2013-cü ildə isə 867 milyon təşkil edəcək.
EMİL
Baxış sayı: 1961
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır