12px13px15px17px
Tarix:18/10/12

Dünyada genişzolaqlı internetə çıxış sürəti artıb

"Akamai" şirkəti hesabatında ABŞ-da internetə qoşulma sürətinin 1 il ərzində 24 faiz artdığını qeyd edib. Genişzolaqlı qoşulmaların sayı isə 76 faiz artıb. Bu, "LTE" qoşulmaların artması və istifadəçilərin nisbətən zəif "DSL" birləşmələrdən optikə keçməsi nəticəsində mümkün olub.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, dünyada 1 il ərzində genişzolaqlı internetə qoşulma sürəti 13 faiz artaraq 3 MB/san təşkil edib. Cənubi Koreya hazırda genişzolaqlı internetə ən sürətli qoşulma təklif edir: şirkətin müştəriləri 14.2 MB/san çıxış sürəti əldə edirlər. Yaponiya (10.7 MB/san) və Tayvan (8.9 MB/san) ikinci və üçüncü yerdə qərarlaşıblar.

"Akamai" şirkətinin məlumatlarına əsasən, 126 ölkədə son istehlakçı üçün internet sürətin artırılması planında müsbət dinamika qeydə alınıb.















EMİL





Baxış sayı: 1324

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024