Tarix:18/10/12
“ICTnews” elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, hazırda “Facebook” və “Twitter”dəki rəsmi səhifədə Diasporla İş üzrə Dövlət Komitəsi, onun məqsəd və vəzifələri haqqında məlumat yerləşdirilib. Komitənin cari fəaliyyəti və keçirdiyi tədbir və görüşlər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətinə dair xəbərlər də operativ surətdə rəsmi səhifələrdə əks olunur.
Eyni zamanda səhifədə Dövlət Komitəsinin və ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının keçirdiyi qurultay, konfrans və digər tədbirlərdən çəkilmiş fotoşəkillərdən ibarət albomlar yaradılıb, bir sıra tədbirlərin, çıxışların videoçarxları yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin “Facebook” və “Twitter”dəki rəsmi səhifəsində bütün paylaşmalar ziyarətçilərin şərhləri, müzakirəsi üçün açıqdır.
“Facebook” və “Twitter”də rəsmi səhifənin yaradılması Diasporla İş üzrə Dövlət Komitəsinə sosial şəbəkələrin imkanlarından bəhrələnərək yeni kommunikasiya növlərindən istifadə sayəsində ictimaiyyətin diaspor sahəsi ilə bağlı marağını maksimum dərəcədə təmin etməyə şərait yaradacaq.
CAHANGİR
DİDK-in “Facebook” və “Twitter”də rəsmi səhifələri yaradılıb
Azərbaycan Respublikasının diaspor sahəsində siyasətini icra edən Diasporla İş üzrə Dövlət Komitəsi görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasının daha operativ və əhatəli şəkildə həyata keçirilməsi məqsədi ilə “Facebook” (www.facebook.com/AzDiaspora) və “Twitter” (www.twitter.com/DiasporaAz) sosial şəbəkələrində rəsmi səhifəsini yaradıb.“ICTnews” elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, hazırda “Facebook” və “Twitter”dəki rəsmi səhifədə Diasporla İş üzrə Dövlət Komitəsi, onun məqsəd və vəzifələri haqqında məlumat yerləşdirilib. Komitənin cari fəaliyyəti və keçirdiyi tədbir və görüşlər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətinə dair xəbərlər də operativ surətdə rəsmi səhifələrdə əks olunur.
Eyni zamanda səhifədə Dövlət Komitəsinin və ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının keçirdiyi qurultay, konfrans və digər tədbirlərdən çəkilmiş fotoşəkillərdən ibarət albomlar yaradılıb, bir sıra tədbirlərin, çıxışların videoçarxları yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin “Facebook” və “Twitter”dəki rəsmi səhifəsində bütün paylaşmalar ziyarətçilərin şərhləri, müzakirəsi üçün açıqdır.
“Facebook” və “Twitter”də rəsmi səhifənin yaradılması Diasporla İş üzrə Dövlət Komitəsinə sosial şəbəkələrin imkanlarından bəhrələnərək yeni kommunikasiya növlərindən istifadə sayəsində ictimaiyyətin diaspor sahəsi ilə bağlı marağını maksimum dərəcədə təmin etməyə şərait yaradacaq.
CAHANGİR
Baxış sayı: 877
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib