12px13px15px17px
Tarix:18/10/12

Məşhur internet şirkəti proqram təminatı yaradıcılarına daha çox maaş ödəyir

“Google” şirkəti Silisium vadisində proqram təminatı yaradıcılarına ən yüksək maaş ödəyir. Bu barədə “Glassdoor”-un tədqiqatına istinadən “The Wall Street Journal” məlumat verib. İnternet-nəhəng proqramçılara ildə orta hesabla 128,3 min dəyərində baza maaşı ödəyir. Ekspertlərin sözlərinə görə, korporasiya yüksək maaş ödəməklə əməkdaşlarının rəqib şirkətlərə keçməsinin qarşısını almaq istəyir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Facebook” şirkəti bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Dünyanın ən böyük sosial şəbəkəsində baza maaşı ildə 123,6 min dollar təşkil edir. Sonrakı yerlərdə 114,4 min dollarla “Apple”, “eBay” (108,8 min dollar) və “Zynga” (105,6 min dollar) qərarlaşıb.






EMİL




Baxış sayı: 1385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024