12px13px15px17px
Tarix:18/10/12

Region telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqi genişləndirilir

Regionlarda – telekommunikasiya qovşaqlarının xidmət  ərazilərində  informasiya  texnologiyalarının  tətbiqinin  genişləndirilməsi, rayon  mərkəzləri,  şəhərlər  və  qəsəbələrlə  yanaşı,  kənd  yaşayış  məntəqələrində  də  əhalinin  genişzolaqlı  internet  xidmətlərindən  istifadəsi  məqsədilə “Aztelekom” İstehsalat Birliyinin telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi  işlənib  hazırlanıb.

“Aztelekom”  İstehsalat Birliyindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu layihə çərçivəsində 7 internet-provayderlə də birgə  əməkdaşlıq  müqavilələri  bağlanılıb  və  icrasına  başlanılıb.  Ötən  müddət  ərzində  bağlanmış  müqavilələr  əsasında internet-provayderlər  tərəfindən  17 TKQ-yə  ümumilikdə  570 km  optik  kabel ayrılıb, 514 km kabelin  çəkilişi  isə artıq  başa  çatdırılıb.

Bundan əlavə, müqavilələrin əhatə etdiyi ərazi üzrə 17 TKQ-dən 12-nin bütün kənd EATS-nin  birləşdirici  xətləri fiber-optik kabellərlə  əvəz  edilib. Ümumilikdə bu layihə çərçivəsində  1700 km-dən artıq fiber-optik  kabel  xətlərinin  çəkilişi  başa  çatdırılıb  və  montaj  işlərinə  başlanılıb, həmçinin, 23 TKQ-də bütün kənd EATS-lərinin  birləşdirici  xətləri fiber-optik kabelləri ilə əvəz  edilib.

Birinci  layihənin  davamı  olaraq  “2013-2015-ci illərdə birliyin rayon telekommunikasiya qovşaqlarının  xidmət  ərazilərində genişzolaqlı xidmətlərin inkişafı layihəsi”  işlənib  hazırlanmış və müvafiq  proqramlarda nəzərə  alınması  üçün  təqdim  edilib.

Abşeron rayonunda telekommunikasiya  şəbəkəsinin  inkişaf   etdirilməsi  məqsədilə tərtib  edilmiş  tədbirlər  planına  uyğun  rayonun Masazır qəsəbəsində yeni salınmış “Qurtuluş-93” yaşayış  massivində GPON (evə qədər fiber-optik kabel) pilot  layihəsi  çərçivəsində 12 beşmərtəbəli  binada  kabelləşmə (fiber-optik kabellərlə) işləri  aparılıb.

Eyni zamanda, birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin  sayı 2012-ci  ilin  əvvəli  ilə  müqayisədə 51 min  istifadəçi  və ya 2 dəfə (100%)  artaraq  102 mini  keçib.  Sentyabr  ayında  genişzolaqlı internet xidmətlərinin  aylıq  həcmi 75% artmış, hazırda genişzolaqlı xidmətlərin  ümumi  gəlirdə payı 18,5%  təşkil  edir. Müqayisə  üçün, ötən ilin müvafiq  dövründə bu göstərici 8,7%  olub.




Baxış sayı: 1571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024