12px13px15px17px
Tarix:18/10/12

AZ-CERT-in fəaliyyəti genişləndirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev AZ-CERT-in mövcud vəziyyəti və istismarı haqqında məlumat verib. AZ-CERT-in əsas məqsədinin “AzScienceNet” Elm Kompüter Şəbəkəsində informasiya təhlükəsizliyi risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsini təmin etmək olduğunu bildirib.

İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupu olan AZ-CERT-in 2010-cu ildən fəaliyyətə başladığını qeyd edən Y.İmamverdiyev burada insidentlərin emalı üzrə informasiya sisteminin quraşdırılması, sistemin işini xarakterizə edən əsas statistik göstəricilərin müntəzəm analiz edildiyini, AZ-CERT-in web-saytının fəaliyyət göstərdiyini vurğulayıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, şöbə müdiri beynəlxalq əməkdaşlıq, kadr potensialının gücləndirilməsi, texniki bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını bildirib. Həmçinin insidentlərin keyfiyyətli emalı, peşəkar kadrların formalaşdırılması məqsədilə treninqlərin təşkili məsələlərindən danışıb.

Y.İmamverdiyev AZ-CERT-in idarəetmə strukturu və fəaliyyəti ilə bağlı tədbirlər planının hazırlanması, bu plandan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində işlərin aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin, AZ-CERT-lə bağlı beynəlxalq sənədlərdən istifadə, dünya təcrübəsindən yararlanmaq məsələlərini önə çəkib, eləcə də AZ-CERT-in xidmətlərinin kommersiyalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

HƏQİQƏT




Baxış sayı: 1333

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024