Tarix:19/10/12
Spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etmək və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( AHİTA) keçirəcəyi nazirliklərarası spartakiadada rabitə işçilərinin yığma komandasını formalaşdırmaqdan ibarətdir.
Nazirlik tərəfindən “Sağlamlıq-2012” Respublika Spartakiadasının keçirilməsi ilə əlaqədar artıq hazırlıq tədbirlərinə başlanılıb.
Əvvəlki illərdə olduğu kimi, ənənəvi olaraq bu il də spartakiadanın yüksək səviyyədə təşkili nəzərdə tutulub. Artıq bu məqsədlə tədbirlər planı təsdiq edilib. Spartakiadada bölgələrdən olan idmançılarla yanaşı, rabitəçi veteranların da iştirakı nəzərdə tutulub.
«Sağlamlıq-2012» Respublika Spartakiadasının təşkili Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların keçirilməsinə rəhbərlik bilavasitə «Spartak» İC-nin Respublika Şurasına və Baş Hakimlər Kollegiyasına həvalə olunub.
Spartakiadanın kütləviliyinin təmin olunması ilə əlaqədar RİTN-in kollegiyasının, RİHMİRK-nın və «Spartak» İC-nin Respublika Şurasının rəyasət heyətlərinin birgə qərarları ilə təsdiq olunmuş idman növləri üzrə yarışların əsasnamələri spartakiadada iştirak etmək üçün rabitə idarə, birlik, müəssisə və təşkilatlarına, o cümlədən özəl qurumlara göndərilib.
İdmanın atletiko-kross, voleybol, mini-futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma və ilk dəfə olaraq güllə atıcılığı növü üzrə keçiriləcək builki spartakiadada “Aztelekom” İB, BTRİB, ”Teleradio” İB , ”Azərpoçt” MMC, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi, Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, Texniki Universitet, ”Azercosmos” ASC “Bakcell” MMC, “Sinam” MMC”, “Azercell” MMC,”Azerfon” MMC, DİLMANC, Rabitə Kolleci, Sumqayıt TKQ-nin nümayəndələrinin iştirakı gözlənilir.
Yarışlar oktyabr ayının 20-dən noyabr ayının 25-nə kimi Bakının ayrı-ayrı idman qurğularında keçiriləcək.
Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaqlar.
RƏVAN
Sabah rabitə və informasiya texnologiyaları işçilərinin «Sağlamlıq-2012» Respublika Spartakiadası başlayır
Sabah “Əl oyunları” sarayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» İdman Cəmiyyətinin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları işçilərinin «Sağlamlıq-2012» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçiriləcək.Spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etmək və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( AHİTA) keçirəcəyi nazirliklərarası spartakiadada rabitə işçilərinin yığma komandasını formalaşdırmaqdan ibarətdir.
Nazirlik tərəfindən “Sağlamlıq-2012” Respublika Spartakiadasının keçirilməsi ilə əlaqədar artıq hazırlıq tədbirlərinə başlanılıb.
Əvvəlki illərdə olduğu kimi, ənənəvi olaraq bu il də spartakiadanın yüksək səviyyədə təşkili nəzərdə tutulub. Artıq bu məqsədlə tədbirlər planı təsdiq edilib. Spartakiadada bölgələrdən olan idmançılarla yanaşı, rabitəçi veteranların da iştirakı nəzərdə tutulub.
«Sağlamlıq-2012» Respublika Spartakiadasının təşkili Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların keçirilməsinə rəhbərlik bilavasitə «Spartak» İC-nin Respublika Şurasına və Baş Hakimlər Kollegiyasına həvalə olunub.
Spartakiadanın kütləviliyinin təmin olunması ilə əlaqədar RİTN-in kollegiyasının, RİHMİRK-nın və «Spartak» İC-nin Respublika Şurasının rəyasət heyətlərinin birgə qərarları ilə təsdiq olunmuş idman növləri üzrə yarışların əsasnamələri spartakiadada iştirak etmək üçün rabitə idarə, birlik, müəssisə və təşkilatlarına, o cümlədən özəl qurumlara göndərilib.
İdmanın atletiko-kross, voleybol, mini-futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma və ilk dəfə olaraq güllə atıcılığı növü üzrə keçiriləcək builki spartakiadada “Aztelekom” İB, BTRİB, ”Teleradio” İB , ”Azərpoçt” MMC, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi, Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, Texniki Universitet, ”Azercosmos” ASC “Bakcell” MMC, “Sinam” MMC”, “Azercell” MMC,”Azerfon” MMC, DİLMANC, Rabitə Kolleci, Sumqayıt TKQ-nin nümayəndələrinin iştirakı gözlənilir.
Yarışlar oktyabr ayının 20-dən noyabr ayının 25-nə kimi Bakının ayrı-ayrı idman qurğularında keçiriləcək.
Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaqlar.
RƏVAN
Baxış sayı: 1757
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı