Tarix:21/07/11
21 yaşlı oğlanın intihar etmə səbəbinin əmək şərti və maaşdan narazılıq olmadığı ehtimal edilir. “Foxconn” nümayəndələrinin sözlərinə görə, ölən şəxs işdə saxlanılsa da, normadan artıq işləmə müddəti cəmi 120 saat olub. Bundan başqa, “Reuters” agentliyi bildirib ki, o işə ölümündən bir ay əvvəl düzəlib, ona görə çətin ki, ölümcül yorğunluq hiss etsin. Hadisə barədə “Foxconn” hələ ki şərh verməkdən imtina edir.
Düz 2 il əvvəl, şirkətin 25 yaşlı əməkdaşı San Den “Apple” şirkətinin günahı üzündən özünə qəsd edib. Sonradan məlum olub ki, San Den ona tapşırılan yeni nəsil “iPhone” telefonunun prototiplərindən birini itirərək ona etibar edilən 16 aparatdan yalnız 15-ni çatdırıb. Sonra onun mənzilində “Foxconn” şirkətinin əməkdaşları axtarış edib və onu amansızcasına döyüblər. Bir neçə gün sonra San Den bu hadisəyə dözməyərək özünü pəncərədən atıb. “Apple” şirkəti isə başsağlığı verməklə kifayətlənib. Məlumat üçün bildirək ki, “Foxconn” “Apple” şirkəti üçün “iPhone” mobil telefonları və “iPad” planşet kompyuterlərini yığır.
Keçən il də şirkətdə bir neçə intihar hadisəsi olub. Həmin intiharın səbəbi kimi, əmək haqqı və əmək şərtləri göstərilib. “Foxconn” rəhbərliyi araşdırmalar aparandan sonra, maaşları neçə dəfə qaldırsa da, lazımi nəticə vermir.
infox.ru
“Foxconn” şirkətinin daha bir işçisi intihar etdi
Son 1 il ərzində artıq “Foxconn” şirkətinin bir neçə əməkdaşı öz həyatına qəsd edib. Bu gün “Foxconn” şirkəti daha bir işçisini itirib. Şirkətin 21 yaşlı əməkdaşı özünü “Foxconn” işçiləri üçün ayrılan yataqxananın 6-cı mərtəbəsinin pəncərəsindən atıb.21 yaşlı oğlanın intihar etmə səbəbinin əmək şərti və maaşdan narazılıq olmadığı ehtimal edilir. “Foxconn” nümayəndələrinin sözlərinə görə, ölən şəxs işdə saxlanılsa da, normadan artıq işləmə müddəti cəmi 120 saat olub. Bundan başqa, “Reuters” agentliyi bildirib ki, o işə ölümündən bir ay əvvəl düzəlib, ona görə çətin ki, ölümcül yorğunluq hiss etsin. Hadisə barədə “Foxconn” hələ ki şərh verməkdən imtina edir.
Düz 2 il əvvəl, şirkətin 25 yaşlı əməkdaşı San Den “Apple” şirkətinin günahı üzündən özünə qəsd edib. Sonradan məlum olub ki, San Den ona tapşırılan yeni nəsil “iPhone” telefonunun prototiplərindən birini itirərək ona etibar edilən 16 aparatdan yalnız 15-ni çatdırıb. Sonra onun mənzilində “Foxconn” şirkətinin əməkdaşları axtarış edib və onu amansızcasına döyüblər. Bir neçə gün sonra San Den bu hadisəyə dözməyərək özünü pəncərədən atıb. “Apple” şirkəti isə başsağlığı verməklə kifayətlənib. Məlumat üçün bildirək ki, “Foxconn” “Apple” şirkəti üçün “iPhone” mobil telefonları və “iPad” planşet kompyuterlərini yığır.
Keçən il də şirkətdə bir neçə intihar hadisəsi olub. Həmin intiharın səbəbi kimi, əmək haqqı və əmək şərtləri göstərilib. “Foxconn” rəhbərliyi araşdırmalar aparandan sonra, maaşları neçə dəfə qaldırsa da, lazımi nəticə vermir.
infox.ru
Baxış sayı: 1065
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır