Tarix:22/10/12
“Google” şirkəti əvvəllər bildirmişdi ki, “Google News” layihəsi qəzetlərin saytlarına auditoriyalarını artırmaqda yardımçı olur. "Google News” bizim rəqəmli auditoriyamıza təsir etmir, əksinə, o, nəşrlərin auditoriyasının artım prosesini ləngidir" - assosiasiyanın prezidenti Karlos Fernando Neto bildirib. "Bizim məqalələrimizin anonsunun internet istifadəçilərə təqdim edilməsi onların qəzetin saytında məqalənin tam versiyasını oxumaq şansını azaldır.
Məlumat üçün bildirək ki, Braziliyanın “ANJ” Qəzet Naşirləri Milli Assosiasiyası 2010-cu ilin dekabrında “Google” ilə əməkdaşlığa başlamışdı. Əvvəlcə hesab edilirdi ki, anonsa baxış istifadəçini maraqlandıracaq və o, tam məqaləni oxumaq üçün qəzetin saytına daxil olacaq. Lakin nəticə əksinə olub.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "Google News” kanalları – bu, milyardlarla klik deməkdir. “ANJ”-nin tələbləri taksi sürücüsündən müştəriləri bu və ya digər restorana apardığına görə vergi istəmək kimi bir şeydir" – “Google”-un ictimai siyasət üzrə direktoru Marsel Leonardi bildirib.
EMİL
Braziliya qəzetləri “Google News” layihəsi ilə əməkdaşlıqdan imtina ediblər
Braziliya qəzetləri “Google News” layihəsi ilə əməkdaşlıqdan imtina ediblər. Qəzet Naşirləri Milli Assosiasiyasından verilən məlumata əsasən, 154 qəzetin hamısı “Google News” xidməti ilə əməkdaşlıqdan imtina edib və öz xəbərlərinin bu sistemə eksport edilməsini blok ediblər. Həmçinin assosiasiyadan bildirilib ki, “Google” qəzetlərə xəbərlərə görə pul ödəməkdən imtina edib.“Google” şirkəti əvvəllər bildirmişdi ki, “Google News” layihəsi qəzetlərin saytlarına auditoriyalarını artırmaqda yardımçı olur. "Google News” bizim rəqəmli auditoriyamıza təsir etmir, əksinə, o, nəşrlərin auditoriyasının artım prosesini ləngidir" - assosiasiyanın prezidenti Karlos Fernando Neto bildirib. "Bizim məqalələrimizin anonsunun internet istifadəçilərə təqdim edilməsi onların qəzetin saytında məqalənin tam versiyasını oxumaq şansını azaldır.
Məlumat üçün bildirək ki, Braziliyanın “ANJ” Qəzet Naşirləri Milli Assosiasiyası 2010-cu ilin dekabrında “Google” ilə əməkdaşlığa başlamışdı. Əvvəlcə hesab edilirdi ki, anonsa baxış istifadəçini maraqlandıracaq və o, tam məqaləni oxumaq üçün qəzetin saytına daxil olacaq. Lakin nəticə əksinə olub.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "Google News” kanalları – bu, milyardlarla klik deməkdir. “ANJ”-nin tələbləri taksi sürücüsündən müştəriləri bu və ya digər restorana apardığına görə vergi istəmək kimi bir şeydir" – “Google”-un ictimai siyasət üzrə direktoru Marsel Leonardi bildirib.
EMİL
Baxış sayı: 1395
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib