Tarix:22/10/12
“Ötən ay genişzolaqlı internet xidmətlərinin aylıq həcmi ilin əvvəli ilə müqayisədə 75% çoxdur. Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 18,5% təşkil edir. Müqayisə üçün bildirirəm ki, ötən ilin müvafiq dövründə bu göstərici 8,7% olub”- deyə o bildirib.
Texniki direktor daha sonra bildirdi ki, rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Aztelekom” İB-nin telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin FO kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi işlənib hazırlanaraq təqdimatı keçirilib.
Bu layihə çərçivəsində eyni zamanda 7 internet-provayderlə də birgə əməkdaşlıq müqavilələri bağlanaraq icrasına başlanılıb. Ötən müddət ərzində bağlanan müqavilələr əsasında internet-provayderlər tərəfindən 17 telekommunikasiya qovşağına 570 km optik kabel ayrılmış, 514 km kabelin çəkilişi artıq başa çatdırılıb. 17 TKQ-dən 12-nin bütün kənd EATS-nin birləşdirici xətləri FO kabelləri ilə əvəz edilib.
Ümumilikdə bu layihə çərçivəsində 1700 km-dən artıq FO kabel xətlərinin çəkilişi başa çatdırılaraq montaj işlərinə başlanılıb, 45 TKQ-dən 23-nün bütün kənd EATS-nin birləşdirici xətləri FO kabelləri ilə əvəz edilib.
Birinci layihənin davamı olaraq “2013-2015-ci illərdə birliyin rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində genişzolaqlı xidmətlərin inkişafı layihəsi” işlənib hazırlanaraq və müvafiq proqramlarda nəzərə alınması üçün təqdim edilib.
Qeyd edək ki, rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 668 mini keçib. Birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12,1-ə (+0,2), 100 ailəyə düşən telefonların sayı 57,8-ə (+0,7) çatıb.
RƏVAN
Regionlarda genişzolaqlı internet xidmətlərindən istifadə edənlərin sayı artıb
Regionlarda genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı artıb. Bu barədə “Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib. Onun sözlərinə görə, cari ilin əvvəli ilə müqayisədə istifadəçilərin sayı 51 min və ya 2 dəfə (100%) artaraq 102 mini keçib.“Ötən ay genişzolaqlı internet xidmətlərinin aylıq həcmi ilin əvvəli ilə müqayisədə 75% çoxdur. Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 18,5% təşkil edir. Müqayisə üçün bildirirəm ki, ötən ilin müvafiq dövründə bu göstərici 8,7% olub”- deyə o bildirib.
Texniki direktor daha sonra bildirdi ki, rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Aztelekom” İB-nin telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin FO kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi işlənib hazırlanaraq təqdimatı keçirilib.
Bu layihə çərçivəsində eyni zamanda 7 internet-provayderlə də birgə əməkdaşlıq müqavilələri bağlanaraq icrasına başlanılıb. Ötən müddət ərzində bağlanan müqavilələr əsasında internet-provayderlər tərəfindən 17 telekommunikasiya qovşağına 570 km optik kabel ayrılmış, 514 km kabelin çəkilişi artıq başa çatdırılıb. 17 TKQ-dən 12-nin bütün kənd EATS-nin birləşdirici xətləri FO kabelləri ilə əvəz edilib.
Ümumilikdə bu layihə çərçivəsində 1700 km-dən artıq FO kabel xətlərinin çəkilişi başa çatdırılaraq montaj işlərinə başlanılıb, 45 TKQ-dən 23-nün bütün kənd EATS-nin birləşdirici xətləri FO kabelləri ilə əvəz edilib.
Birinci layihənin davamı olaraq “2013-2015-ci illərdə birliyin rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində genişzolaqlı xidmətlərin inkişafı layihəsi” işlənib hazırlanaraq və müvafiq proqramlarda nəzərə alınması üçün təqdim edilib.
Qeyd edək ki, rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 668 mini keçib. Birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12,1-ə (+0,2), 100 ailəyə düşən telefonların sayı 57,8-ə (+0,7) çatıb.
RƏVAN
Baxış sayı: 1469
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib